ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (2)



"Alah Taala Məhəmmədi (s), öz rəsulunu öz vədəsini həyata keçirmək üçün və Peyğəmbərlik silsiləsini sona yetirmək üçün göndərdi. Bu barədə Peyğəmbərlərdən əhd alınmışdı və onun əlamətləri də məlum idi.[5]

Başqa bir rəvayətdə ibn Abbas Qütadə bu əhd- peymanın açıqlaması barəsində Əmirəlmöminindən (ə) belə nəql etmişdirlər:

Allah, qabaqkı Peyğəmbərlərdən və bizim Peyğəmbərimizdən əhd almışdır ki, o həzrətin Peyğəmbərliyə gəlməsi və onun vəsfi barəsində öz ümmətlərini məlumatlandırsınlar. Onun gəlməsini müjdə versinlər və xalqı onu təsdiq etməyə çağırsınlar.[6]

Digər çoxlu faktlarda başqa Peyğəmbərlərin o həzrətin peyğəmbərliyini müjdə verməsindən bildirir.

Hər halda, Quran baxımından o həzrətin Peyğəmbərliyinin əlamətləri digər səmavi kitablarda elə açıq- aşkar şəkildə olubdur ki, hətta qabaqkı dinlərin ümmətləri bu Peyğəmbəri öz oğullrı kimi tanıyırmışlar.

"Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar".[7]

Xatırladırıq ki, əgər Quranın digər səmavi kitablarda bu Peyğəmbərin nübüvvətinə bəşarət verilməsi və kitab əhlinin o həzrətə nisbət kamil agah olmaları iddiası barəsində, Quran nazil olan zaman ən az bir tərdid olsaydı, İslam düşmənləri bu müqəddəs dinlə müxalifət etmək üçün, şübhəsiz onu araya gətirərdilər. Bəs Quranın bu aşkar iddiası ilə heç bir müxalifətin olmaması bu aşkar və sənədli iddianın aydın olmasına dəlalət edir.

Bundan əlavə bu günkü mövcud Tövrat və İncildə də təhrif olmasıyla belə yenə də sonuncu Peyğəmbərə tətbiq olunan mətləblər mövcuddur.

Kitab elmini bilən şəxsin şəhadəti

Quranı- kərimin Peyğəmbərlərin sonuncusunun Peyğəmbərliyinə olan üçüncü dəlili elə bir şəxsin şəhadətidir ki, onun şəhadəti mütəal Allahın şəhadəti kimi, ağıl və vicdan məhkəməsində bu Peyğəmbərin sədaqətini isbata yetirmək üçün kifayətdir.

Quran belə bir şəxsi iki ünvanla tanıtdırmışdır:



back 1 2 3 4 next