ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (2)



ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (2)

 

İlahi Peyğəmbərin nübüvvətinə

Quranın dəlilləri

Xülasə şəkildə demək olar ki, Quran sonuncu Peyğəmbərin nübüvvətinə altı əsaslı burhan (möhkəm dəlil) gətirmişdir.

Alahın şəhadəti

Qurani- kərim altı ayədə Məhəmməd (s)- ın nübuvvətini isbat etmək üçün və onun bu iddiaya olan sədaqətini sabit etmək üçün mütəal Allahın şəhadətinə istinad etmişdir: bu altı ayədən ikisində onun nübüvvəti üçün Allahın şəhadətinə istinad edərək bəyan edir ki, onun peyğəmbərliyinin isbatı üçün Allahın şəhadəti kifayətdir.[1]

Digər dörd ayədə, bunlardan əlavə Peyğəmbər (s)- ə göstəriş verir ki, öz nübüvvətini sabit etmək üçün bu ayələrə istinad etsin (əsaslansın).[2]

Amma Mütəal Allahın onun nübüvvətinə necə şəhadət verməsi bu kitabda bəyan ediləcəkdir.[3] Xülasə şəkildə demək olar ki, Mütəal Allah müxtəlif mümkün olan yollarla onun nübüvvətini təsdiqləmişdir.

İslamdan qabaqkı Peyğəmbərlərin xəbər verməsi

Quranı- kərimin sonuncu Peyğəmbərin nübüvvətinə olan dəlili budur ki, Musa (ə) Tövratda, İsa (ə) İncildə o həzrətin gəlməsini müjdə vermişdir. Hətta bütün səmavi kitablar o Peyğəmbərin besətini və ona vəhyin nazil olmasını xalqa çatdırmış və müjdə vermişdirlər.

«وإنّه لفی زبرلاوّلین»[4]

"Onun vəsfi keçmiş kitablarda gəlmişdir"

İmam Əli (ə) Peyğəmbri- əkrəm (s)- in besəti barəsində belə buyurur:



1 2 3 4 next