ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (1)



GİRİŞ

ALLAHIN ADI İLƏ

Allah- Təala öz əziz Peyğəmbərinə belə buyurmuşdur: "Əgər sən olmasaydın fələkləri (aləmləri) yaratmazdım"[3]

Vücudu aləmin və xilqətin yaradılış fəlsəfəsi olan belə böyük və əzəmətli bir şəxsiyyətin barəsində söz demək və yazmaq çox çətindir, hətta yaradanın hidayəti və lütfü olmadan mümkün deyil.

Peyğəmbəri- əkrəm (s) İmam Əli (ə)-a belə buyurmuşdur: "Ey Əli! Mən və səndən başqa bir kimsə Allahı tanımadı. Allahdan və səndən başqa bir kimsə məni tanımadı.[4]

Elə buna görədə o həzrətin şəxsiyyətini araşdırmaq və tanıtdırmaq üçün ən münasib və sənədli mənbə Qurani- kərim, o həzrətin özünün özü barəsində olan kəlamları və Peyğəmbər ailəsinin (məxsusən İmam Əli (ə)- ın) o həzrətin barəsində olan kəlamlarıdır.

Bu topluda Peyğəmbərin (s) nübüvvətinin dəlilləri, o həzrətin nübüvvətinin fəlsəfəsi, o həzrətin vasitəsi ilə nübüvvətin sonu, onun nübüvvətinin cahani (ümumdünyəvi) olması, sonuncu Peyğəmbərin xüsusiyyətləri, Quran və Əhli- beyt baxımından bəhs edilmişdir. Amma hər şeydən öncə Qurani- kərim baxımından Peyğəmbəri- əkrəm (s)- in nübüvvətinin dəlilləri və fəlsəfəsi barəsində qısa bir məlumat veririk.

 



[1] - Ehtimal edirik ki, bu adlandırmanın səbəbi hicri- qəməri təqvimi əsasında 1385- ci ildə İslam Peyğəmbərinin vəfatı il dönümü iki dəfə təkrar olunur.

[2] - İmam Əli (ə)- dan bir rəvayətdə gəlibdir: «الفرصة خلسةٌ» Fürsət ovdur. (Mizanul- hikmət, fürsət ibarəsinə bax.)

[3] - Biharul- ənvar, cild 15, səh 28

[4] - Müxtəsəri- bəsairüdərəcat, səh 125



back 1 2 3