XİLQƏTİN GÖVHƏRİ (7)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

MADDI HƏDIYYƏLƏRIN ALINMASI

Şiələrin dini proqramlarından biri mə`sum imamlar üçün maddi hədiyyələr və xüms-zəkat haqqının göndərilməsi idi. Onlar bu hədiyyələri qəbul etdikdən sonra cəmiyyətin fəqir-füqəranın ehtiyacını tə`min edirdilər.

İmam Həsən Əsgəri (ə)-ın vəkillərindən olan İbni İshaq deyir: Şiələrdən bə`zilərinin bir qədər mal-dövlətini (xums-zəkatını) 11-ci imamın hüzuruna apardım ki, o həzrətə təhvil verəm. Həzrətin ay kimi parlaq üzlü kiçik oğlu imamın hüzurunda dayanmışdı. İmam Həsən Əsgəri övladına üz tutub buyurdu: «Oğlum, şiələrinin və dostlarının hədiyyələrini aç!» Uşaq dedi: «Ey mənim mövlam, özümün pak əlimi napak hədiyyələrə, halalla haramın qarışığına və çirkin mal dövlətə uzadımmı?!» İmam Həsən Əsgəri (ə) mənə dedi: «Ey ibni İshaq, bunların içərisindəkiləri çıxart ki, halal-haramını bir-birindən ayırsın.» Mən birinci kisəni çıxartdım, uşaq dedi: «Bu kisə Qum şəhərinin filan məhəlləsində yaşayan filankəsdəndir (onun öz adını və yaşadığı məhəllənin adını dedi). Onun içində altmış iki əşrəfi vardır. Onun 45 əşrəfisi sahibinin öz ata-anasından irs apardığı daşlı-çınqıllı torpağ sahəsinin satışından əldə edilmiş, on dörd dinarı isə satdığı doqquz paltarın qiymətidir. Qalan üç dinarı da dükanların icarə puludur.»

İmam Əsgəri (ə) buyurdu: «Əziz oğlum! Düz dedin, indi bu kişiyə göstər ki, bu mal-dövlətdən hansıları haramdır.» Uşaq tam diqqətlə haram sikkələri ayırdı və onların haram olma səbəbini aydın şəkildə bəyan etdi.

Sonra digər bir kisəni çıxartdım, uşaq onun sahibinin adını, ünvanını və yaşadığı yeri dedikdən sonra buyurdu: «O kisədə əlli əşrəfi vardır ki, ona əl vurmaq bizim üçün rəva deyildir.» Sonra mal-dövlətin napak olma səbəbini bir-bir bəyan etdi.

Bu zaman İmam Həsən Əsgəri (ə) buyurdu: «Oğul can, düz dedin!» Sonra Əhməd ibni İshaqa üz tutub buyurdu: «Bunların hamısını sahiblərinə qaytar, yaxud xəbər göndər ki, onları sahiblərinə çatdırsınlar. Bizim onlara heç bir ehtiyacımız yoxdur!»[1]

Atanın cənazəsinə namaz

İmam Məhdi (ə)-ın irticaçı şəraitdə və qeybət dövrünün başlanmasından öncəki həyatının son hadisəsi o həzrətin öz atasının pak cəsədinə meyyit namazı qılması olmuşdur. 11-ci imamın xidmətçisi Əbul-Ədyan bu barədə deyir:

İmam Həsən Əsgəri (ə) şərif ömrünün axır günlərində bir neçə məktubu mənə verib dedi: «Bunu Mədain şəhərinə apar. 15 gündən sonra Samirraya qayıdacaq, mənim evimdən nalə və şivən səsləri eşidəcək və (mənim bədənimi) qüsul verilən yerdə görəcəksən.» Dedim: «Ey mənim sərvərim! Əgər belə bir hadisə olsa, sizin canişininiz və sizdən sonrakı imam kim olacaqdır?» Buyurdu: «Hər kəs mənim məktublarımın cavabını səndən istəsə, o, məndən sonrakı imam olacaqdır.» Dedim: «Başqa bir nişanə də buyurun.» İmam buyurdu: «Mənə cənazə namazı qılan şəxs məndən sonra imam olacaqdır.» Dedim: «Yenə nişanələr buyurun.» Buyurdu: «Kisələrdə olanlardan xəbər verən kəs məndən sonra imam olacaqdır (amma imamın heybət və əzəməti kisədə nə olduğunu soruşmağıma mane oldu.)

Məktubları Mədainə apardım və cavablarını aldım. Həzrətin buyurduğu kimi, 15-ci gün Samirraya daxil olduqda o həzrətin evindən nalə və şivən səslərinin ucaldığını eşitdim. Yaxınlaşdıqda imam Həsən Əsgəri (ə)-ın cənazəsini qüsul verilən yerdə gördüm. O həzrətin qardaşı Cə`fər İmamın qapısında dayanmışdı. Şiələrdən bir qrupu da qardaşının ölümündə ona başsağlığı verir və (onun imamətini) təbrik edirdilər! Öz-özümə fikirləşdim ki, əgər bu (Cə`fər) imam olsa, onda imamət puça çıxacaqdır. Çünki onu tanıyır və bilirdim ki, şərab içir, qumar oynayır, tar-qaval çalır! Lakin nişanələri axtarmaq fikrində olduğum üçün irəli gəldim və başqaları kimi (onun imamətini) təbrik etdim, qardaşının ölümünü başsağlığı verdim, lakin o, heç bir şey (o cümlədən, məktubların cavabı) barəsində məndən bir söz soruşmadı. Bu zaman evin xidmətçilərindən biri olan Əqid çölə çıxdı və Cə`fərə xitabən dedi: «Ey mənim sərvərim, qardaşın (İmam Həsən Əsgəri) kəfənlənmişdir. Ayağa qalxıb ona namaz qıl!» Mən Cə`fər və şiələrdən bir qrupu ilə birlikdə evə daxil oldum. 11-ci imamın kəfənlənib tabuta qoyulduğunu gördüm. Cə`fər irəli gəldi ki, qardaşına meyyit namazı qılsın, lakin təkbir demək istədiyi zaman buğdayı rəngli, dişləri dürr kimi parlayan bir cavan uşaq gəldi, Cə`fərin paltarından tutub dedi: «Ey Əmi, dala çəkil, mən atama namaz qılmağa (səndən) artıq layiqəm!» Cə`fər rəngi qaçmış halda geri çəkildi. O uşaq irəli gəlib imama namaz qıldı, sonra (mənə) buyurdu: «Gətirdiyin məktubların cavabını mənə ver!» Məktubları ona verdim və öz-özümə fikirləşdim ki, bu iki nişanə onun imam olacağına dair nişanələrdəndir. Kisələrin barəsində isə hələ bir söz deməmişdir. Cə`fərin yanına getdim, o, dərindən ah çəkirdi! Şiələrdən biri ondan soruşdu: «Bu uşaq kimdir?» Cə`fər dedi: «Allaha and olsun ki, onu heç vaxt görməmişəm və tanımıram!»

Əbul-Ədyan sözünə davam edərək deyir: Biz oturmuşduq ki, Qum əhlindən bir dəstə adam gəlib imam Həsən Əsgərini axtarmağa başladı. O Həzrətin şəhadətindən agah olduqda dedilər: «Kimə başsallığı verək?» Camaat Cə`fəri ona göstərdilər. Onlar da Cə`fərə salam verib, həm imamətini təbrik etdilər, həm də başsağllığı verdilər. Sonra Cə`fərə xitabən dedilər: «Bizim yanınımızda müəyyən məktublar və pul vardır. De görüm, onlar kimdəndir, nə qədər mal-dövlətdir?» Cə`fər heyrətlənmiş halda yerindən qalxıb dedi: «Bizdən qeyb elmi istəyirsinizmi?!» Bu halda xidmətçi evdən çıxıb dedi: «Filankəslərin və filankəslərin məktubları sizin yanınızdadır (məktubları yazanların adlarını və ünvanlarını dedi), sonra dedi: Həmçinin sizin yanınızda bir qədər kisə də vardır ki, onda min dinar qızıl pul vardır, onların içərisində on dinarın üstündəki şəkillər pozulmuşdur.» O məktubları və pulları ona verib dedilər: «Bunların cavabını sənə deyən şəxs imamdır.»[2]

 



1 next