XİLQƏTİN GÖVHƏRİ (6)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 MÖCÜZƏLƏR VƏ KƏRAMƏTLƏR
İmam Məhdi (ə)-ın təvəllüdünün ilk dövrlərində və qeybət dövründən sonra maraqlı hadisələrdən biri o həzrətdən baş verən mö`cüzəli işlərdir ki, o həzrətin vasitəsi ilə gerçəkləşmiş və adətən, həyatının bu dövründən qəflət edilmişdir. Biz onlardan yalnız bir nümunəni qeyd etməklə kifayətlənirik. İbrahim ibni Əhməd Nişapuri deyir: Əmir ibni Ovf (o, zalım bir hakim idi və şiələri öldürmək üçün əlindən gələni əsirgəmirdi) məni öldürmək istədikdə çox qorxuya düşdüm, vəhşət hissi bütün varlığımı əhatə etdi. Öz əhli-əyalım və qohum-qardaşla sağollaşdım, sonra İmam Həsən Əsgəri (ə) –ın evinə getdim ki, onunla da vidalaşım. Nəzərdə tutmuşdum ki, ondan sonra qaçım. İmamın evinə daxil olduğum zaman o həzrətin yanında üzü on dörd gecəlik ay kimi parıldayan bir oğlan uşağı gördüm. Belə ki, onun üzündəki nurdan heyrətə daldım. Az qalırdı ki, nəzərdə tutduğum şeyləri (ölümdən qorxduğum üçün qaçmaq qərarını) unudum. Bu zaman uşaq mənə dedi: «Ey İbrahim, qaçmağa ehtiyac yoxdur! Tezliklə mütəal Allah onun şərini səndən uzaqlaşdıracaqdır!» Bu zaman heyrətim daha da artdı, İmam Həsən Əsgəri (ə) –a dedim: «Sənə fəda olum! Bu uşaq kimdir ki, mənim qəlbimdə olanlardan xəbər verir?!» İmam buyurdu:« O mənim övladım və məndən sonrakı canişinimdir...» İbrahim deyir: Allahın lütf və mərhəmətinə ümidvar olduğum halda çölə çıxdım: 12-ci imamın dediyinə etimad etmişdim. Bir neçə gündən sonra Əmim məni, Əmr ibni Ofun qətlə yetirilməsi xəbəri ilə müjdələdi.[1] Müxtəlif suallara cavab
İmamət səmasının sonuncu parlaq ulduzu həyatının ilk dövrlərindən başlayaraq şiələrin müxtəlif məsələlər barəsindəki suallarına qənaətbəxş, möhkəm və tutarlı cavablar verir, onları xatircəm edirdi. Nümunə olaraq aşağıdakı rəvayəti ixtisarla nəql edirik: Şiənin böyük şəxsiyyətlərindən olan Sə`d ibni Əbdullah Qummi, İmam Həsən Əsgəri (ə)-ın vəkili Əhməd ibni İshaq Qummi ilə birlikdə müəyyən sualların cavablarını almaq üçün İmam Həsən (ə)-ın hüzuruna gəlir. O, bu görüşü belə nəql edir: Sualları soruşmaq istədiyim zaman İmam Həsən Əsgəri (ə) övladına işarə edərək buyurdu: «Mənim gözümün nurundan sual et!» Bu zaman uşaq mənə üz tutub buyurdu: «Nə istəyirsənsə soruş!...» Soruşdum: «كهيعص (müqəttəə hərflərindəndir) dedikdə, məqsəd nədir?» Buyurdu: «Bu qeybi, xəbərlərdən olan hərflərdir. Allah Özünün (peyğəmbəri və) bəndəsi olan Zəkəriyyanı ondan agah etmiş, sonra onu Həzrət Məhəmməd üçün xatırlatmışdır. Hadisə belə olmuşdu: Həzrəti Zəkəriyüa Allahdan istədi ki, Pənc Təni-ali-əbanın adlarını ona öyrətsin. Mütəal Allah Cəbraili ona nazil edərək bu adları ona öyrətdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə, Həsən kimi müqəddəs adları dilinə gətirdiyi zaman çətinlikləri və qəm-qüssələri aradan qalxırdı, amma Hüseynin adını yad edən zaman qəhər boğazını tutur və bu işdən heyrətə dalırdı. Bir gün dedi: «Pərvərdigara» nə üçün o dörd nəfəri yad edən zaman qəm-qüssələrim və nigarançılıqlarım aradan gedir, rahat oluram və qəlbim aramlaşır, amma Hüseynin adını dilimə gətirən zaman göz yaşlarım axır və naləm ucalır?» Allah təala ona İmam Hüseyn (ə)-ın hadisəsini xəbər verib buyurdu: كهيعص(bular hadisənin rəmzidir): كاف Kərbəlanın rəmzi, هاء xanədanının şəhid olmasının rəmzi, ياء Yezidin adına kinayədir ki, İmam Hüseynə zülm etmişdir. عين O həzrətin susuzluğuna və ətəşinə işarədir. صاد imam Hüseynin səbir və müqavimət əlamətidir.» Dedim: «Ey Mənim mövlam, nə üçün camaatın özlərinə imam tə`yin etmək və seçməsi qadağan olunmuşdur?. Buyurdu: İmam (seçmək dedikdə sənin məqsədin) islahatçı imamdır, yoxsa fəsad törədən imam? Dedim: «Saleh imamdır (ki, cəmiyyəti islah etsin).» Buyurdu: «Heç kəsin başqasının batinində və qəlbində olanlardan xəbərdar olmadığına və onun məsləhət və düzgünlük yoxsa fəsad və təxribatçılıq barəsində fikirləşdiyini bilmədiyinə görə, ehtimal verilmirmi ki, camaatın seçdiyi bir müfsid (və təxribat əhli, günahkar) olsun?» Dedim: «Bəli mümkündür.» Buyurdu: «Səbəbi elə budur.»[2] Qeyd etmək lazımdır ki, rəvayətin davamında imam Məhdi (ə) bunun üçün digər bir səbəb də bəyan etmiş, sonra da sair suallara cavab vermişdir ki, ixtisara riayət olunsun deyə, onları burada qeyd etmirik.
|