Gndəlik namazlar mtləq beş dəfəmi qılınmalıdır?Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Gnmzdə şəriət məsələləri barədə aparılan elmi mbahisələr zamanı tez-tez toxunulan mövzulardan biri də bundan ibarətdir: gndəlik namazlar mtləq 5 vaxtda, ayrı-ayrılıqdamı qılınmalıdır? Yoxsa gnorta və axşam qılınan qoşa namazları birləşdirib ardıcıl surətdə yerinə yetirmək mmkndr? Məlum olduğu kimi, cəfəri məzhəbinə görə, zöhrlə əsr, məğriblə işa namazlarını ardıcıl olaraq qılmaq mmkndr. Lakin bu gn əhli-snnə məzhəblərində hakim olan rəyə görə, 5 gndəlik namazın hər biri mstəqil vaxtlarda yerinə yetirilməlidir və adı əkilən qoşa namazları ardıcıl qılmaq olmaz. Bu məqalədə həm şiə, həm də əhdi-snnə məzhəblərinin mötəbər mənbələrinə istinadən, məsələyə aydınlıq gətirməyə alışacağıq. Aşağıda sizə təqdim etdiyimiz hədislər əhli-snnə aləminin ən məşhur və etibarlı hədis məcmuələrindən sayılan Səhihi-Mslimdəndir. Məlum olduğu kimi, əhli-snnə məzhəbinin hədis elmində 6 hədis toplusu ən mötəbər sayılır; onları cəm halda Sihahi-sittə (altı səhih mənbə), yaxud Ktbi-sittə (altı kitab) adlandırırlar. Bunların iində ikisi xsusilə etibarlı hesab edilir: Səhihi-Buxari və Səhihi-Mslim. Əksəriyyət mötəbərlik baxımından Səhihi-Buxarini birinci qəbul edir; amma bəziləri (xsusilə məğrib Şimali Afrika ölkələrinin əhalisi) Səhihi-Mslimi ondan da stn bilirlər. Hətta əhli-snnənin məşhur hədis alimlərindən biri Hafiz Əbu Əli Hakim Nişaburi demişdir: Asimanın altında Mslimin Səhihi qədər mötəbər hədis kitabı görməmişəm. Btn klassik hədis məcmuələri kimi, Səhihi-Mslim də konkret mövzudakı hədisləri əhatə edən kitablara bölnmşdr. Kitabların biri belə adlanır: Kitabs-səlatil-msafirin və qəsriha (Səfərdə olanların namazı və bu namazın qısa qılınması). Həmin kitabın 5-ci babı belə adlanır: Əl-Cəmu beynəs-səlateyni fis-səfər (Səfər zamanı iki namazın birləşdirilməsi). 6-cı babın isə adı belədir: Civazul-cəmi beynəs-səlateyni fil-həzər (Vətəndə olarkən namazların birləşdirilməsinin caizliyi). 5-ci babda yeddi, 6-cı babda isə on hədis vardır. Beləliklə, iki babdakı hədislərin mumi sayı 17-dir. Aşağıda həmin iki babdakı hədislər barədə qısa məlumat verilir. 5-ci bab: ƏL-CƏMU BEYNƏS-SƏLATEYNİ FİS-SƏFƏR (Səfər zamanı iki namazın birləşdirilməsi) Bu babın ilk hədisini Abdullah ibn Ömər rəvayət edir: Allahın Rəsulu səfərə tələsəndə məğrib və işa namazlarını birləşdirib ardıcıl qılırdı. Qeyd edirik ki, bu hədisin sənəd zəncirində Yəhya ibn Yəhya, Malik ibn Ənəs və Nafe kimi etibarlı ravilər vardır. Mslim eyni məzmunlu hədisi czi fərqlə və başqa sənəd zənciri ilə daha dəfə də rəvayət etmişdir. Növbəti hədis Ənəs bin Malikin dilindən verilir: Peyğəmbər səfərə ıxarkən əgər Gnəş hələ zavaldan meyl etməmişsə, zöhrn vaxtını əsrə kimi təxirə salar, sonra dşərgə salar, namazların ikisini ardıcıl qılardı. Əgər Gnəş artıq zavaldan keibsə, onda zöhr namazını qılıb sonra səfərə ıxardı.
|