ŞƏFAƏT (5)



ARQUMENTDƏ ZIDDIYYƏT

Bu arqumentin, digər bir iradı da var. Çünki bir tərəfdən istinadın əslində deyirlər:

Allahdan başqa bir kəsin qadir olmadığı şeyi Allahdan qeyrisindən istəmək, şirkdir. Başqa tərəfdən, qəbul edirlər və aşkarca deyirlər ki, Peyğəmbər (s), övliya (ə) və mələklər, hətta uşaqlar qiyamət günündə şəfaət edərlər. Deməli, şəfaətin mümkün olması mə`lum olur, lakin “izinlə mümkün” dür.

 Sözlərinin birində bu barədə deyir:

 “Əgər bir şəxs desə:” Sən Allah Rəsulu (s) – nun şəfaətini inkar edib və özünü bu əqidədən uzaq bilirsənmi? De: xeyr, mən inkar etmirəm, Çünki Peyğəmbər (s) şəfaəti qəbul olan şəfaətçidir və mən də onun şəfaətinə ümidvaram”.2

 Gördüyünüz kimi, şəfaəti Peyğəmbər (s) üçün mümkün bilir. Hacət istəmək bəhsində deyir: Başqası üçün mümkün olan bir işi istəmək, şirk deyil. Əgər bu iki məsələ, hansı ki, onların öz sözüdür, bir – birinə əlavə olunsa, nəticə bu olur ki, Birinci: Öz etirafınıza əsasən peyğəmbər (s) şəfaət edər. İkinci: Allahdan qeyrisindən, mümkün işi istəmək, şirk deyil ki, bu da özünüzün etirafınızdır. Nəticədə peyğəmbərdən şəfaət istəmək şirk olmayacaq. Deməli, sizin sözlərinizin arasında, ziddiyyət var. Bir tərəfdən deyirsiz: Şəfaət istəmək şirkdir, Allahdan başqa, heç bir şəxs üçün mümkün deyil. tərəfdən deyirsiz: Şəfaət Peyğəmbər (s) üçün mümkündür və mümkünü Allahdan qeyrisindən istəmək şirk deyil. Nəticə  də budur ki, şəfaət istəmək, şirk deyil.

 Əgər məqsədiniz bu olsa ki, şəfaət Peyğəmbər (s) üçün “özü-özündən” mümkün deyil.  Peyğəmbər(s) zatən və özündən qadir deyil, bu məsələnin şəfaətə məxsus olmadığını dedik. Heç bir insan və heç bir iş görənin zatən heç bir işə qüdrəti yoxdur. Hər bir iş görən və hər bir insanın vücudu Allahdandır, qüdrəti də ondandır və heç bir kəsin özü-özündən qüdrəti  yoxdur.

 Allahın iradə və izninə nəzər etmədən, Həzrət İsa(ə)-da, ölüləri diriltməyə qadir deyildi. Peyğəmbər(s)-də, möcüzələrə qadir deyildi. Biz də öz işlərimizdə beləyik, qadiriksə Allaın izni, gücü və qüvvəsilədir. Əgər məqsədiniz budur ki, şəfaət Peyğəmbər (s) üçün mümkündür, onda özünüz dediyiniz kimi, ümkün işi istəmək şirk deyil. Nəticə alırıq ki, peyğəmbər (s)-dən şəfaət istəmək şirk deyil.

 

 



2 Həmin, s, 15.



1 next