XİLQƏTİN GÖVHƏRİ (4)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

İMAM ZAMAN (Ə) ZAHIRI QURLUŞU

Peyğəmbəri Əkrəmdən(s) və Əhli beyt imamlarından nəql olunan rəvayətlərdə həzrəti Məhdi (ə)-ın zahiri quruluşu və vəsfləri bəyan edilmişdir ki, onlardan bə`zilərini qeyd edirik.

O həzrət cavan və buğdayı rənglidir, alnı geniş və parlaq, qaşları hilali və çəkilmişdir, gözləri qara və iri, burnu çəkilmiş və gözəl, dişləri parıldayan və enlidir, sağ yanağında qara rəngli bir xal vardır, çiyinlərinin arasında nübüvvət nişanəsinə oxşar bir şey (möhür) vardır. Onun mübarək bədən quruluşu çox mütənasib və ürəkoxşayandır.

Məsumların sözlərində o həzrətin vücudu və xüsusiyyətləri barəsində nəql olunanlardan bə`zilərini qeyd edirik:

O, ibadət əhli olub, gecələri ibadətlə məşğuldur. Zöhd (Zahidlik) sadə yaşamaq, səbir, ədalət və yaxşı əməl sahibidir. O həzrət elm və bilikdə hamıdan yüksəkdədir. Onun əziz vücudu xeyir bərəkət və paklıq mənbəyidir. O, qiyam və cihad əhli, dünyanın rəhbəri, böyük bir inqilabçı, bəşəriyyətin xilaskarı və bəşəriyyətə və`dəsi verilmiş islahatçıdır. O nurani vücud Peyğəmbərin nəslindən, Fatimeyi Zəhranın övladlarından və İmam Hüseyn (ə)-ın doqquzuncu övladıdır. Zühur etdiyi zaman Kə`bə divarına söykənərək Peyğəmbərin bayrağını əlinə alacaq, öz qiyamı ilə Allah dinini yenidən dirçəldəcək, Allahın hökmlərini dünyanın hər bir yerində icra edəcək, dünyanı zülm və haqsızlıqla dolduğu kimi, yenidən  haqq-ədalətlə dolduracaqdır.[1]

İmam Məhdi (ə)-ın həyatı üç hissəyə bölünür:

1-Məxfi şəkildə yaşamaq dövrü. O həzrətin təvəllüdünün əvvəlindən atası İmam Həsən Əskəri (ə)-ın  şəhadətinə qədər məxfi yaşayış dövrünü əhatə edir.

2-Qeybət dövrü: 11-ci imamın şəhadətindən başlanır və Allahın iradə etdiyi bir dövrə qədər davam edəcəkdir.

3-Zühur əsri. Qeybət dövranı sona çatdıqdan sonra Allahın iradəsi ilə zühur edəcək, dünyanı gözəlliklərlə, yaxşılıqlarla haqq-ədalətlə dolduracaqdır. Heç kəs və`dəsi verilən və intizarı çəkilən şəxsin nə vaxt zühur edəcəyini bilmir. İmam Zaman (ə)-dan rəvayət olunmuşdur ki, «zühur üçün zaman tə`yin edənlər yalançılardır.»[2]

 



[1] Müntəxəbül-əsər, ikinci fəsil, səh. 239 -383



1 next