İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (8)



ƏLI(Ə)-IN GÖSTƏRIŞI

Bəli Peyğəmbər (s) hələ də onu müsəlmanları qəlbini inçidən bir şəxs kimi xatırlayırdi və onun düşmənçiliklərini unutmamışdı. Elə buna görə də düşünülmüş bir tədbirlə o Həzrətin qayğı dolu hisslərini oyadaraq məhəbbətini qazanmaq lazım idi.

Amma hansı yolla və kimin vasitəsilə?

Bu şəxs Əli (ə)-dan başqa heç kəs ola bilməzdi. Çünki Əli (ə) Peyğəmbər (s)-ə hamıdan çox yaxın idi, o həzrətin ruhiyyəsini daha yaxşı tanıyır və o böyük şəxsiyyətin qayğı və məhəbbət hisskərini ələ keçirməyi hamıdan yaxşı bilirdi. Əli (ə)-dan başqa kim Əbu Süfyanı ölümdən nicat verərək islamın qucağına çəkə bilərdi?

Əli (ə) Əbu Süfyana üz tutaraq dedi: Get Peyğəmbər (s)-in qarşısında duraraq Yusif peyğəmbərin qardaşlarının ondan üzr istəyib bağışlamnaq istəyərək dedikləri sözləri təkrar et. Yusifin qardaşları ondan üzr istəyərkən dedilər: “Allah səni bizdən uca etdi və biz xəta edənlərdənik.”

Bu sözlər həzrəti Yusifin qəlbində çox təsir qoydu, o qardaşlarının hamısını bağışlayaraq dedi: “Bu gün sizə qəza yoxdur, Allah sizi bağışladı, O bütün mehribanlardan mehribandır.”

Əbu Süfyan Əli (ə)-ın dediklərini yerinə yetirərək o Həzrətin öyrətdiyi sözləri Peyğəmbər (s)-ə ərz etdi. Peyğəmbər (s) onu bağışladı və günahlarından keçdi və buyurdu: “Bu gün sizə cəza yoxdur, Allah sizi bağışladı, O bütün mehribanlardan mehribandır.”

Sonra Peyğəmbər (s) Əli (ə)-a buyurdu: “Əmioğlu onu özünlə apar, ona islamın hökmlərini və ibadət etməyin qaydalarını öyrət və sonra onu mənim yanıma gətir.” Əbu Süfyan islam dinində ibadət etməyin əsasları ilə tanış olduqdan sonra, Peyğəmbər (s)-in hüzuruna gəldi, o Həzrət Əli (ə)-a göstəriş verdi ki, cammata Peyğəmbər(s)-in Əbu Süfyanı əf etməsi barədə məlumat versin.

Əbu Süfyan Peyğəmbər (s)-in belə insanpərvərliyinin qarşısında heyran qalmışdı, Peyğəmbər(s) dünyasını dəyişənə qədər xəcalətindən o Həzrətin üzünə baxa bilmirdi, o islam Peyğəmbərinin hüzuruna gələndə başını aşağı salırdı.[1]

Əbu Süfyan islamı qəbul etdikdən sonra, öz ləyaqətini sübuta yetirdi və islamın əvvəlində olan böyük şəxsiyyətlər arasında hesaba gələnlərdən biri oldu.

Bir zaman fövqüladə şer istedadı ilə islama qarşı çıxan Əbu Süfyan öz keçmişindən narazı idi, o öz peşmançılığını şerlə bəyan edirdi, onun yazdığı bir neçə beyt şerin tərcüməsi belədir:



1 2 next