Hicab (9)



HİCABSIZLIĞIN ACINACAQLI NƏTİCƏLƏRİ

Yarımçılpaqlığın ictimaya və ailəyə dəhşətli və acınacaqlı nəticələri vardır ki, biz burada onların bir neçəsini qeyd edəcəyik:

1. Ailə ocaqlarının təhdid edilməsi:

Hər hansı bir ictimada qadınlar öz gözəlliklərini göstərirsə, təhrikedici bədənlərini nümayiş etdirirsə, sözsüz, orada nəfsin istəklərinə uymaq, ehtiraslara yönəlmək də artacaq və insani keyfiyyətlərə və əxlaqi fəzilətlərin yeganə səbəbi olan və nəticəsi həqiqi eşq sayılan dini-mənəvi dəyərlər aradan gedəcək və ya azalacaq və beləcə, ictimanın fərdləri, qadınlar və həyat yoldaşları arasında bəyənilmiş fəzilətlər inkişaf etməyəcək, hətta nalayiq sifətlər belə artacaq. Nəticədə eşq və məhəbbətin əsası sarsıdılacaq. İffətli, pak, qeyrətli və mömin həyat yoldaşları olan iffətli və örpəkli qadınlar müstəsna olmaqla, digər qadınların ictimai sevgisi və ailə ocaqlarında sevimli məqamı süqut edəcək, oyun-oyuncaq və əyləncəyə, eləcə də kişilərin ehtiraslarının təmin edilməsi üçün bir vasitəyə çevriləcək.

Belə qadınlar öz şəxsiyyət və sevgisinə, habelə digər qadınlara ən böyük zərbə endirir ki, onun acınacaqlı nəticəsi kişilər tərəfindən əzab-əziyyət, haqsızlıq və onların insani-milli hüquqlarına, şəxsiyyətinə diqqətsizlik, ailə ocaqlarında yaranan ixtilaf, narahatlıq, iztirab və həyəcandır. Bir çox hallarda da ailə ocaqlarının boşanma ilə dağılmasıdır.

2. Namus və dini qeyrət hissinin zəiflədilməsi:

Qeyrət ilahi və insani fəzilətlərdən biri kimi, həmişə Allahın namusunu, Onun dini və şəriətinin, azğın amillər və dəyərlər müqabilində ictima və insanın namusunu qoruyub-saxlayır və nəhayət, insani şərəfin davamına, ictimai təhlükəsizliyə, pak nəslə səbəb olur. Dini qeyrətin nişanəsi ilahi maarif və dini-məzhəbi dəyərlərin yayılıb nəşr edilməsi uğrunda fədakarlıq, əmr be məruf (yaxşılığa dəvət), nəhy əz münkər (çirkinlikdən çəkindirmək), puç dəyərlər və azğınlıqlarla mübarizədir.

Namusla bağlı qeyrətin nişanəsi isə, həmişə cəmiyyətin və öz ailəsinin iffət və paklığını qorumaq, cəmiyyət və ailənin iffət və paklığını ləkələyən amillərdən xəbərsiz olmayıb, onlarla mübarizə aparmıq, həmçinin həyat yoldaşı və qızlarının dini geyiminə hörmətsizlik nətsicəsində onların şəxsiyyətinə endirilən zərərlərə, ümumi və xüsusi məkanlarda onların kişilərlə qarışmasına, naməhrəmlərlə, hətta qohumlarla zarafat etməsinə, dünya və ehtiras düşkünlərinin əyləncə alətinə çevrilməsinə mane olmaq, nəsillərin paklığı və yarımçılpaqlıqdan qaynaqlanan zina ilə mübarizə uğrunda var qüvvə ilə çalışmaqdır.

 

3. Psixi-əsəbi gərginliklərin baş qaldırması:



1 2 next