HƏZRƏTİ ƏLİ (Ə) BARƏDƏ 5 HƏDİS



HƏZRƏTİ ƏLİ (Ə) BARƏDƏ 110 HƏDİS

 

1

Peyğəmbər (s) və Əli (ə) bir kökdəndirlər.

عن ابن عباس، قال رسول الله صلي‌الله‌عليه‌وآله:

أنا و علي من شجرة واحده، و الناس من أشجار شتّي.

İbn Abbas Peyğəmbər (s)- dən rəvayət edir:

Mən və Əli bir kökdənik, camaat isə müxtəlif köklərdəndirlər.[1]

İzah: Burada məqsəd nəsəbi kök (nəsil) deyil. "Nübüvvət və vilayət nuruna işarə edir, yəni bu iki nur əzəldən birgə cilvələnirdilər, Əbdül- müttəlibin sülbünə yetişərkən nübüvvət və vilayət nuru (Peyğəmbərlik və imamət nuru) bir- birindən ayrılıb, biri Əbdüllahın sülbünə, o biri isə Əbu Talibin sülbünə köçürüldü."


 

2



1 2 3 4 next