HƏDƏF MÜKAFATI



HƏDƏF MÜKAFATI

36- hicri ilinin cəmadiul əvvəl ayında Bəsrədəki Cəməl müharibəsi Həzrət Əli (əleyhissalam)-ın xilafəti zamanında baş verən ilk müharibə idi. Bu müharibənakisinləradlanırdı (yəni beyət pozanlar, Təlhə, Zübeyr Ayəşə onlra başçılıq edirdi). Bu müharibədə Əli (əleyhissalam)-ın qoşunundan 5 min, düşmən qoşunundan isə 13 min nəfər qətlə yetirildi.[1]

Həzrət Əli (əleyhissalam)-ın başçılıq etdiyi qoşun döyüşdə qalib gələrək müharibəni sona yetirdi. Bu vaxt Əli (əleyhissalam)-ın döyüşdə iştirak etmiş yaxın əshabından biri Həzrətin hüzuruna gəlib dedi:

Əgər qardaşım da bizimlə birgə bu döyüşdə iştirak edib qələbəmizi görsəydi öz iştirakına görə mükafat iftixara nail olsaydı yaxşı olardı?!”

Həzrət Əli (əleyhissalam) buyurdu: “Sənin qardaşın da bizim fikrimizlə şərik olub tərəfdarlarımızdandırmı?” O, dedi: Bəli İmam buyurdu: ·

Məhz elə buna görə onun da bizimlə bu döyüşdə vurulub iştirak etdiyini zənn et. Sonra əlavə etdi:

Hətta dünyaya gəlməmiş hələ atalarının sülb analarının bətnində olan bu müharibədə bizimlə olmayıb lakin bizimlə eyni əqidə olan uşaqlar elə bizimlədirlər. Onlar tezliklə doğularaq din iman vasitəsilə tərbiyə alacaqlar.[2]

Ən maraqlısı budur ki, tarixdə yuxarıdakı mövzuya oxşar başqa bir dastan aşağıdakı şəkildə gəlibdir: Əbül Əsvəd Hübabə Örninin söylədiklərinə əsasən Cəməl müharibəsi qurtardıqdan sonra Həzrət Əli (əleyhissalam) Bəsrənin beytül-malı qızıl gümüş ilə dolu bir evə daxil olub, bir neçə

dəfə belə buyurdu:  Özgələrini aldat

Daha sonra həmin qənimətin əshab döyüşçülər arasında bölünərək hər birinə 500 dirhəm verilməsini əmr etdi. O Həzrətin özü həmin o qənimətdən 500 dirhəm götürmüşdü ki, bu zaman döyüşdə iştirak etməyənlərdən biri yoldan təngənəfəs çataraq Həzrətə dedi: Ey möminlər ağası! Müharibədə sizinlə iştirak etməsəm qəlbim sizinlə idi, mümkünsə mənə qənimətlərdən bir şey ver.

İmam Əli (əleyhissalam) özünə heç çatacaq payı ona bağışlayaraq özünə bir şey götürmədi.



1 next