PEYĞƏMBƏRLƏRIN ŞƏHADƏT VERMƏSI



Dedi: Bəli, yaxşı tanıyıram.

Buyurdu: "O deyib və sizin kitabınızda bunu bəyan edib ki, Mütəal Allah Faran dağından bəyanı gətirdi və göylər Əhməd və onun ümmətinin təsbihi zikri ilə doldu. O, quruda olanlarını hərəkətə gətirdiyi kimi, dəryadakıları da hərəkətə gətirtəcək. Beytül müqəddəd viran olduqdan sonra yeni bir kitab yəni Quran gətirəcəkdir. Bunu qəbul edirsənmi və ona iman gətirirsənmi?"

Rəsulcalut dedi: Əlbəttə bunu Həyquq peyğəmbər demişdir və biz onun dediklərini inkar etmirik. İmam Rza (ə) buyurdu: "Davud (ə) da sənin onu oxuduğun öz Zəburunda deyibdir:

"İlahi! Fitrət dövründən sonra sünnə bərpa edəni göndər." Məhəmmədən (s) başqa fitrət dövründən sonra sünnəni bərpa edən peyğəmbər tanıyırsanmı?"

Rəsulcalut dedi: Bu Davudun (ə) sözləridir, biz onu qəbul edirik və inkar etmirik; lakin o şəxsdən məqsəd İsadır (ə) və onun zamanı fitrət dövrüdür.

İmam Rza (ə) buyurdu: "Bəs sənin xəbərin yoxdur ki, İsa (ə) sünnə ilə müxalifət etmədi; hətta Allah onu öz tərəfinə çəkənə qədər Tövratın sünnəsi ilə müvafiq idi. İncildə yazılmışdır: O iffətli qadının oğlu gedər və ondan sonra Farqəlita gələr və o, ağır yükləri yüngülləşdirər və hər bir şeyi sizin üçün aşkar edər və mənim haqq olmağına şəhadət verər, necəki, mən onun gəlməyinə şəhadət verdim. Mən sizin üçün misallar gətirdim, o sizin üçün həqiqət gətirəcəkdir. Sən bu incildə gələnlərə inanırsanmı?

Rəsulcalut dedi: Bəli inkar etmirəm.[12]

Əttəbəqatul- kübra- Məhhəmməd ibn Cəfər ibn Zübeyr və Məhəmməd ibn Əmmarə ibn Ğəziyyədən nəql olunur:

Nəcranın nümayəndələri Peyğəmbərin hüzuruna gələn zaman, Əbuharis ibn Əlqəmə ibn Rəbiə də onların arasında idi. O, dini alim, onların rəisi və Osqofu, rəhbərləri və məktəblərinin başçısı idi və onların arasında böyük bir məqama malik idi. Təsadüfən Əbuharisin qatırı onu yerə vurdu. Qardaşı dedi: O kişi məhv olsun! Məqsədi Peyğəmbər idi. Əbuharis dedi: Özün məhv olasan! Peyğəmbərlərdən olan bir şəxsə qarğış edirsən? O elə bir şəxsdir ki, İsa (ə) onun gəlməyini bəşarət və müjdə vermişdir, və adı Tövratda gəlmişdir.

Qardaşı dedi: Bəs nə üçün onun dinini qəbul etmirsən?



back 1 2 3 4 5 6 next