PEYĞƏMBƏRLƏRIN ŞƏHADƏT VERMƏSI



İmam Rza (ə) buyurdu: Bu sözün sizin yanınızda həqiqəti yoxdurmu?"

Dedi: Vardır; lakin istəyirik ki, bunu bizim üçün Tövratdan nəql edəsiniz.

İmam Rza (ə) buyurdu: İnkar edirsinizmi ki, Tövratda sizə deyir: "Turi sina səmtindən nur gəldi və Sair dağından camaat üçün işıq saçdı və Faran dağından bizim üçün aşkar oldu?"

Rəsulcalut dedi: Bu cümlələri bilirik, lakin onun təfsirini və izahını bilmirik.

İmam Rza (ə) buyurdu: Mən sənə deyirəm. Nur Turisina səmtindən gəldi cümləsində nurdan məqsəd Allah təbarək və təala vəhyidir ki, Allah onu Turi sina dağında Musaya (ə) nazil etdi. Sair dağından camaat üçüç işıq saçdı cümlsində Sair dağı o dağdır ki, İsa ibn Məryəm (ə) o dağın üzərində olarkən Allah təala ona vəhy etdi. Faran dağından bizim üçün aşkar oldu cümləsində, Faran dağı Məkkə dağlarından biridir. Məkkə şəhəri ilə o dağ arasında bir- iki günlük yol getmək qədərində fasilə var.

Sənin və dostlarının dedikləri əsasında Şəya Peyğəmbər Tövratda deyibdir: İki minikli gördüm ki, yer onlar üçün parıldadı: Biri ulağa, o biri isə dəvəyə minmişdi. O ulaq kimin miniyidir və o dəvə kimin?"

Rəsulcalut dedi: Bilmirəm, siz məni o iki minik sahibindən xəbərdar edin.

Buyurdu: O ulaq İsanın (ə) miniyi, dəvə isə Məhəmmədin (s) miniyidir. Siz Tövratınızda olan belə bir kəlamı inkar edirsinizmi?

Dedi: Xeyir. İnkar etmirik.

İmam Rza (ə) buyurdu: Həyquq Peyğəmbəri tanıyırsanmı?



back 1 2 3 4 5 6 next