PEYĞƏMBƏRLƏRIN ŞƏHADƏT VERMƏSI



Əttəbəqatul- kübra- Şəbidən nəql edir: İbrahimin kitabında gəlibdir: "Sənin övladlarından çoxlu tayfalar meydana gələcəkdir, o zamana qədərki, ümmi (oxumaq və yazmaq təhsili olmayan) peyğəmbər göndəriləcəkdir ki, o peyğəmbərlərin sonuncusudur.[9]

Əttəbəqatül- kübra- Əbdülhəmid ibn Cəfərdən, (o da) atasından nəql edir: (Yəhudilərin ən alimi olan) Zübeyr ibn Bata deyirdi: Mən atamın məndən gizlətdiyi bir kitabı gördüm. O kitabda "Əhməd" adlı bir peyğəmbər yad edilirdi ki, Qurz (Bəni Qureyzə) vilayətində zühur edəzəkdir. Zübeyr, atasının ölümündən sonra belə ki, Peyğəmbər (s) zühur etmişdi, bunu dəfələrlə deyirdi; amma elə ki, Peyğəmbər (s) Məkkədə zühur etdi, o kitabda olan bu mətləbi pozdu və aradan apardı və peyğəmbərlik mövzusunu gizlətdi və dedi: Bu şəxs o peyğəmbər deyil.[10]

İmam Əli (ə) peyğəmbərin besəti barəsində: Allaü sübhan Məhəmmədi peyğəmbərliyə göndərdi, elə bir zamanda ki, peyğəmbərlərdən onun barəsində əhd- peyman almışdı. Əlamətləri məlum idi və tanınlrdı, təvəllüdü kərimətli idi. Camaat o zamanda müxtəlif dinlərdə idilər və pərakəndə dəstələrə bölünmüşdülər. Onlar Allahı məxluqa oxşar bir mövcud sanırdılar. Bəziləri onun adında mülhid və azğın olmuşdular, bəziləri də ondan başqasını pərəstiş edirdilər. Allah onun- Peyğəmbərin- vasitəsilə onları bu azğınlıqdan həqiqətə hidayət etdi və onları nadanlıqdan xilas etdi. Sonra Sübhan Allah onun görüşünü rəva bildi və istədi ki, daha öz yanında olsun. Onu dünya sarayında yayaşamaqdan böyük gördü, onun görüşünü sevdi ki, daha bundan artıq bəlaların çətinliyini çəkməsin. Buna görə onu kəramətlə özünə tərəf aldı və ruhunu qəbz etdi.[11]

Tövhid: İmam Rzanın (ə) müxtəlif dinlərin və əqidə məzhəblərinin alimləri ilə münazirəsində (elmi mübahisəsində): Rəsulcalut dedi: Məhəmmədin peyğəmbərliyini necə sübuta yetirə bilərsiniz?

İmam Rza (ə) buyurdu: Yer üzündə Allahın xəlifələri olan "Musa ibn İmran(ə), İsa ibn Məryəm (ə) və Davud (ə) onun peyğəmbərliyinə şəhadət vermişlər.

Rəsulcalut dedi: Musa ibn İmranın belə bir sözü deməyini sabit edin.

İmam Rza (ə) buyurdu: "Ey Yəhudi! Bilirsənmi ki, Musa (ə) Bəni İsrailə sifariş edərək buyurdu: Gələcəkdə sənin qardaşlarından olan bir peyğəmbər gələcək. Onu təsdiq edin və sözlərini eşidin." Əgər İsrailin İsmaillə olan qohumlarından və İbrahimin tərəfindən olan nəsillə tanış olsan bilərsən ki, İsrailin övladlarının, İbrahimin övladlarından başqa bir qardaşları yox idi."

Rəsulcalut dedi: Bu dediyin cümlənin Musanın kəlamı olmasını inkar etmirik.

İmam Rza (ə) buyurdu: Bəni İsrailin qardaşlarından "Məhəmməddən (s) başqa bir kimsə sizin üçün peyğəmbərliyə gəlibdirmi?"

Dedi: Yox.



back 1 2 3 4 5 6 next