PEYĞƏMBƏRLƏRIN ŞƏHADƏT VERMƏSI



PEYĞƏMBƏRLƏRIN ŞƏHADƏT VERMƏSI

Quran

"Həqiqətən, o (Quranın nazil olacağı xəbəri, mənası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur."[1]

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər.[2]

"İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!"[3]

"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"[4]

Hədis

İmam Əli (ə): Allah bizim Peyğəmbərimizdən qabaqkı peyğəmbərlərdən əhd- peyman alıbdır ki, öz ümmətlərini onun gəlməsindən xəbərdar etsinlər və onun vəsfini onlara bəyan etsinlər və camaatı onu təsdiq etməyə vadar etsinlər.[5]

İmam Əli (ə) Peyğəmbərin (s) besətinin vəsfində: Allahu sübhan, Məhəmmədi öz rəsulu ünvanı ilə göndərdi ki, öz vədəsinə əməl etmiş olsun və öz nübüvvətini kamil etsin. Bunun üçün öz Peyğəmbərlərindən əhd- peyman almışdır və onun əlamətləri artıq məlum idi.[6]

Əttəbəqətül Kübra- Məhəmməd ibn Kəbdən: Allah təala Yəquba (ə) vəhy etdi: "Mən sənin nəslindən şahlar və peyğəmbərlər göndərəcəm, sonra, Məkkəli peyğəmbəri peyğəmbərliyə göndərəcəm və onun ümməti Beytül- müqəddəs məbədini tikəcəklər. O peyğəmbərlərin sonuncusudur və adı Əhməddir.[7]

Peyğəmbəri- əkrəm (s) onun işinin başlanğıcından və nə zaman peyğəmbər olduğundan sualının cavabında: (Mən) İbrahimin (ə) duası, İsanın (ə) müjdəsiyəm. Anam (mənim təvəllüdüm zamanı) gördü ki, ondan bir nur xaric olur, (elə bir nur ki,) onun işığıyla Şamın sarayları göründü.[8]



1 2 3 4 5 6 next