PEYĞƏMBƏRLIYIN DƏLILLƏRI



Lakin bu yoldan istifadə etmək o zaman mümkündür ki, camaatda vəhyi və ilhamı almaq (və dərk etmək) istedadı və qabiliyyəti mövcud olsun.

Başqa sözlə desək, prablem və nöqsan vəhy göndərən və ilham edənin tərəfindən deyil, onu alan və qəbul edənlərin tərəfindəndir. Çünki, hər zaman xalqın Allah kəlamını almağa qüdrətləri olarsa, Allah təala öz Peyğəmbərinin həqiqətini birbaşa onlara çatdıra bilər.

Qurani- kərimdən belə istifadə edilir ki, mütəal Allah bəzi peyğəmbərlərin nübüvvəti barəsində bu yoldan istifadə etmişdir. O cümlədən, Allah həzrəti İsanın nübüvvətini havarilərə bildirib və onlara belə vəhy etmişdir:

"Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!" - deyə cavab vermişdilər."[11]

2. söz möcüzəsi: birinci yol (Yəni vəhy və ilham) onlara məxsusdur ki, mərifət hicablarını yırtıb və mərifətin həqiqətinə yetişmək üçün Allahla qəlbi əlaqə yaratmaq imkanına malikdirlər.

Amma ikinci yol (yəni söz möcüzəsi) ümumi bir yoldur yəni, qəlbi agahlıq və mərifətə qüdrəti olmayan ümumi xalq bu yoldan kömək ala bilərlər. Bu yol bundan ibarətdir ki, Mütəal Allah möcüzə olan öz sözü vasitəsi ilə öz Peyğəmbərinin nübüvvətinə şəhadət verir, yəni ümumi xalq açıq- aşkar başa düşürlər ki, bu söz, bəşər sözü deyil və insan hər nə qədər də ali, elm, ədəb və mədəniyyət mərhələlərinə ucalsa belə, yenə də belə bir söz qüdrətinə malik ola bilməz.

Rəftarla olan şəhadət də iki şəkildə ola bilər:

1.Möcüzə: Yəni Peyğəmbərlik iddiası edən şəxsin Allahla olan əlaqəsini göstərən bir iş. Elə buna görədir ki, Qurani- kərim bu qeyri adi işi, "Ayə" və "Bəyyinə" adlandırır. Əsanın atılıb əjdahaya dönməsi və ölüləri diriltmək kimi.

Buna əsasən, Peyğəmbərlik iddiası edən hər hansı bir şəxs, Allah ilə əlaqəsini sübut etmək üçün möcüzə göstərməlidir.

2.Təqrir: Təsəvvür edin ki, bir şəxs özünü, görkəmli və məşhur bir şəxsin nümayəndəsi kimi tanıtdıra, bu zaman o məşhur və görkəmli şəxs də o məclisdə ola və heç bir üzürü və maneəsi olmadan, sakit qalaraq onun bu sözünə və iddiasına heç bir etiraz etməyə. Bu sükuta və etiraz etməməyə təqrir və ya əməli şəhadət deyilir. Bu təqrir və əməli şəhadət nümayəndəlik iddiası edən şəxsin bu iddiada sadiq və düz olmasına dəlalət edir.



back 1 2 3 4 next