PEYĞƏMBƏRLIYIN DƏLILLƏRI



Allahın Peyğəmbəri buyurdu: "Allah mənimlə sizin aranızda şahiddir.[8]

Əlmənaqib, ibn Şəhraşub: Məkkə əhalisi Peyğəmbərin (s) yanına gəlib dedilər: Allah səndən başqa bir rəsul tapmadı? Biz sənin sözlərini təsdiq edən heç bir kimsəni görmürük. Yəhudi və Nəsranilərdən də sənin barəndə soruşduq. Onlar öz kitablarında sənin adından heç bir əsər- əlamət olmadığını bildirdilər. Bəs bizə sənin Alahın rəsulu olduğuna şəhadət verən bir şəxsi göstər.

Bu zaman bu ayə nazil oldu: "De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"[9]

Sonra yenədə Məkkəlilər dedilər:

Mütəal Allah Əbutalibin yetimindən başqasını tapa bilmədi ki, xalqa göndərsin?

Bu zaman bu ayə nazil oldu:

"İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər.[10]

Allahın Peyğəmbərlərin nübüvvətinə şəhadət verməsi barəsində qısa bir məlumat

Mütəal Allah Peyğəmbərlərin nübüvvətinə olan şəhadəti iki yolla təsəvvür oluna bilər: Sözlə və rəftarla.

Sözlə olan şəhadət iki şəkildə ola bilər:

1.Vəhy və ilham: Mütəal Allah bir şəxsin Peyğəmbər olmasını xalqa elan edib, vəhy və ilham vasitəsi ilə onun nübüvvətinə şəhadət verə bilər.



back 1 2 3 4 next