MƏAD



Bir sıra rəvayətlərə əsasən ölüm, mö'min və yaxşı əməl sahibləri üçün asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır.

Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir, mö'minlər və saleh bəndələr isə onu məhv olmaq deyil, əksinə əbədi yaşayışa qovuşmaq bilirlər.

2- Qəbr:

Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s... işlərdən sonra qəbrdə dəfn olunur.

Kafir, müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır.

İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbr məsələlərindən biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbrdə olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, imam və s... məsələlər haqda sual edəcəkdir.

3- Bərzəx:

Bərzəx aləmi Qiyamət gününədək mö'minlər və kafirlərin qalacağı müvəqqəti bir yerdir ki, mö'minlər Qiyamət gününədək orada cənnətə oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar.

Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır.[116]

4- Qiyamət:



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next