MƏAD



«Bu gün (Axirət aləmində) kafirlərin ağzına sükut möhrü vurular, dilləri dilə gəlib bizlə danışar və ayaqları etdiklərindən şəhadət verər.»[113]

Gördüyünüz kimi bu ayə Axirət aləminin cismani olduğunu yetirir. Digər tərəfdən də bə'zi ayələr Axirət aləmində günahkarların həsrət çəkməsi, cəhənnəm odunda yanması və ruha aid sair hadisələrdən söz açır ki, ruhsuz insan heç vaxt belə əzabları dərk etməz və heç bir ağrını hiss edə bilməz. Məsələn:

«(Ey peyğəmbər!) Zülmkarları həsrət günündən qorxut ki, o vaxt onların əzab olunmaqlarına Hökm olunacaq. Bir halda ki, onlar (bu dunyada) qəflətə düşüb iman gətirmirlər.»[114]

Əllamə Hilli (r.ə) bu haqda buyurur:

 «Bütün müsəlmanlar Axirət aləminin cismani olması əqidəsindədirlər. Çünki əks təqdirdə (bir sıra əməllər və) təkliflərin yerinə yetirilməsi (məntiqsiz və) ağlabatmaz olacaqdır.»[115]

Beləliklə də cisim təklikdə heç bir şeyi dərk etmədiyinə görə, Axirət aləmi həm cismani, həm də ruhani olacaqdır.

AXİRƏT ALƏMİNİN MƏRHƏLƏLƏRİ

Axirət aləminə aid olan bir sıra mövzulardan sonra onun mərhələləri haqda danışmaq münasib olardı:

1- Ölüm:

Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər, hadisələr və s... səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next