MƏAD



3-Mu'minun surəsi, ayə-16:

«Və (bütün bunlardan sonra) siz Qiyamət günü diriləcəksiniz.»

4-Nəql olunmuş rəvayətə əsasən Ubəyy ibni Xələf çürümüş bir sümüyü Həzrət Peyğəmbərin (s) yanına gətirib onu havaya sovuraraq dedi: «Bu çürümüş sümükləri bir daha kim dirildə bilər?» Allah-təala bu ayəni nazil etməklə ona belə cavab verdi:

 «O öz xilqətini unudan halda bizə misal çəkərək, «bu çürümüş sümükləri bir daha kim dirildə bilər?»- dedi. (Ey peyğəmbər!) Ona de ki, onları ilk dəfə yaradan Allah (çürümüş sümüyü) bir daha dirildəcək və o Allah hər şeyi xəlq etməyə (qadir və ) bilicidir.»[111]

5-həzrət Əmirəl Mö'minin Əli əleyhissalam buyurur:

«Qiyamət günü mö'minlər, kafirlər və münafiqlər dəstə-dəstə gələrək öz əməllərinin (mükafat və cəzasını) görəcəklər...»[112]

Beləliklə qeyd olunmuş bir sıra əqli dəlillər, həmçinin ayə və rəvayətlərə əsasən bu dünyadan sonra Axirət aləminin varlığı zəruri və bəlli olur.

AXİRƏT ALƏMİNİN KEYFİYYƏTİ

Bə'ziləri Axirət aləminin cismani, digərləri isə ruhani olduğunu iddia etmişlər ki, bir sıra Qur'an ayələri, həmçinin rəvayətlərə əsasən Axirət aləmi həm cismani həm də ruhani olacaqdır.

Çünki bir sıra Qur'an ayələri Axirətdə əl və ayaqların şəhadət verməsi və bədən üzvlərinin dil açıb, danışmasından xəbər verir. Məsələn:



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next