MƏAD



İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətindən çox-çox uzaqdır.

Digər tərəfdən də qeyd olunmalıdır ki, insan əbədilik və həmişə yaşamağı, ixtiyarında olan imkanların həmişəlik əlinda qalmağını sevən və tələb edən bir mövcuddur ki, 70-80 ildən sonra dünyadan köçüb qəbr evində çürümək qorxusu bu istəyi aradan apararaq onu nakam qoyur. Bu isə heç bir sağlam ağılla uyğun gəlmir.

Elə bütün bunlara görə də bu dünyadan sonra ayrı bir aləmin olması, ilahi hikmətin zəruriyyətlərindəndir.

2-Ədalət dəlili;

Bildiyiniz kimi insanlar öz əməllərində ixtiyar sahibi olub, istədikləri pis və yaxşı əməlləri əncam verə bilərlər.

Bə'zi insanlar ömürlərinin sonunadək Allaha bəndəçilik edib saleh əməllər görür, bə'ziləri isə ömürlərinin sonunadək günah işlərlə məşğul olur və hətta günah etdikləri halda dünyalarını dəyişirlər.

Digər tərəfdəndə bir çox insanlar dünyada öz imkanları, qüdrətləri və s.. şeylərdən istifadə etməklə zəif və imkansızlara istədikləri zülmləri edirlər ki, adətən bu cür zülmkarlar dünyada zəngin və firavan həyat sürür və heç də öz çirkin əməllərinin cəzasına çatmırlar.

Allahın sifətlərindən biri də onun ədalətli olmasıdır. Belə bir həyat tərzi (salehlər və günahkarların cavabsız qalması) heç də ilahi ədalətlə uyğun gəlmir və heç bir sağlam ağıl belə bir işi qəbul edə bilmir.

Beləliklə saleh bəndələr və günahkarları bir-birindən ayırd edib, salehləri mükafatlandırmaq, zülmkarları isə cəzalandırmaq üçün bu dünyadan başqa bir aləmin (axirət aləminin) olması ilahi ədalətin zəruriyyətlərindən sayılır və əks təqdirdə, bu həyat tərzinin Allah ədalətindən kənar olması kimi düşüncə və fikir meydana çıxa bilər.

3-Qüdrət dəlili;



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next