MƏAD



Çünki əməl qapısı ölüm yetişdikdə bağlanar və bir daha açılmaz. Qur'ani-kərim bu haqda buyurur:

 «Sizlərdən birinizin ölümü yetişməmiş sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin, (ki, əcəli çatmış hər bir şəxs) belə deyər: İlahi, bir daha əcəlimi tə'xirə salsan, Sənin yolunda sədəqə verib salehlərdən olaram.»[110]

Bu ayədən aydın olur ki, insanın ölümü çatdıqdan sonra heç bir əməli yerinə yetirə bilməz və ona savab yazılmaz.

AXİRƏT ALƏMİNİN İSBAT OLUNMASI

Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir.

Birinci: Ağıl və düşüncə;

Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəlillə isbat etmək olar:

1-Hikmət dəlili;

Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır.

İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət, çəkdiyi zəhmətlər və s.. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mə'nasız və puç sayılır.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next