MƏAD



2-Axirət aliminin ne'mət və səadəti hər növ çətinlik və əzab-əziyyətdən uzaq olmalıdır;

Axirət aləmində olan ne'mət və səadət üçün heç bir əziyyət, narahatçılıq və hüzn olmamalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqqəti olan dünya həyatının ne'mətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri-mümkündür.

Qur'ani-kərimdə oxuyuruq:

«(Onlara xitab olunar:) Behiştə daxil olun! Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.»[108]

3-Axirət aləmi iki hissədən təşkil olunmuşdur;

Belə ki, saleh əməllər sahibi üçün rəhmət və günahkarlar üçün əzaba malik olmalıdır.

Qur'ani-kərimin bir çox ayələri bu söz üçün canlı sübutdur. Məsələn:

«Zərrə qədər yaxşı əməl sahibi (Axirət aləmində) öz işinin savabını görəcəkdir. Və zərrə qədər pis əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır.»[109]

Beləliklə heç bir insan ilahi rəhmət və cəzadan boyun qaçıra bilməz və hamı ilahi məhkəmədə hazır olmalıdır.

4-Axirət aləmi əməl yeri deyil, cəza və mükafat yeri olmalıdır;



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next