MƏAD



Qeyd etmək lazımdır ki, şəfaət heç də səhlənkar, müqəssir və bu kimi digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün Allah izni ilə həyata keçəcəkdir.

3-Müsəlman məzhəbləri arasında olan ixtilaflardan biri də «v'əd» və «və'id» məsələsidir. «Və'd» savab və xeyir, «Və'id» isə əzab və cəza üçün işlədilir. Bizim əqidəmizə əsasən Allah-təala heç vaxt öz və'dinə yalançı çıxmaz.

Necə ki, Qur'ani-kərimdə buyurur:

 «Bu Allah və'didir və Allah heç vaxt öz və'dinə yalançı çıxmaz, lakin xalqın çoxu bundan agah deyildir.»[127]

Lakin və'id (cəza və əzab və'dəsini) yerinə yetirib-yetirməməkdə ixtiyar sahibidir. Yə'ni Allah-təala bir şəxs və ya bir millət üçün və'id (cəza və əzab və'di) verərsə, bu və'dinə əməl edib-etməməsi öz ixtiyarındadır. Necə ki, Qur'ani-kərimdə buyurur:

 «Göylərdə və yerdə olan hər bir şey Allaha məxsusdur, o istədiyini bağışlayar və istədiyinə əzab verər və Allah bağışlayan və mehribandır.»[128]

Pərvərdigara! Bizə həqiqi İslam maarifinə yiyələnməkdə yardımçı ol və bircə an da bizi qəflətdə saxlama! İlahi Amin.

 

Doğru yola tabe olanlara salam olsun




back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next