MƏAD



9-Behişt ya Cəhənnəm:

Axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən ibarətdir ki, cənnət yaxşı əməl sahibləri olan mö'minlər, cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir.

Məşhur alim Şeyx Səduq (r.ə) bu barədə deyir:

 «Cənnət haqda əqidəmiz belədir: Həqiqətən cənnət əbədilik və sağlamlıq evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik yoxdur...həmçinin cənnətdə Heç bir qəm-qüssə, hacət və yoxsulluq olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.»

Cəhənnəm Haqda olan əqidəmiz isə belədir: Həqiqətən cəhənnəm zillət evi olub küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və şirk əhli orada əbədi olaraq qalacaqdır.»[124]

AXİRƏT ALƏMİ BARƏDƏ BİR NEÇƏ SÖZ

1-Mə'lum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan mö'minlər əbədi olaraq cənnətdə, kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti cəhənnəm əzabından sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.[125]

2-Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir. İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə müəllim tərəfindən edilən bu hörmət, şəfaət üçün ən yaxşı bir misaldır.

Bizim əqidəmizə əsasən qiyamət günü peyğəmbərlər, imamlar, alimlər, şəhidlər və salehlər, bə'zi günahkar bəndələrə şəfaət edəcək və beləliklə Allah-təala onların təqsirindən keçəcəkdir. Qur'ani-kərimdə oxuyuruq:

«Qiyamət günü Allahın izn verdiyi və sözlərini bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz.»[126]



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next