MƏAD



Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu dayanacaqlar aşağıdakılardan ibarətdir:

Birinci: Rəhm (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və mə'sumların vilayət və imaməti;

İkinci: Namaz;

Üçüncü: Xüms və zəkat;

Dördüncü: Oruc;

Beşinci: Həcc;

Altıncı: Təharət və təmizlik;

Yeddinci: Məzalim (haqqun-nas və yaxud xalqın hüquqları);

Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə düşəcəklər.

Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə tez keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mö'min şəxslər bu körpünü bir göz qırpımında keçəcəklər.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next