MƏAD



5-Qəbrdən qalxmaq:

Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbrlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcəklər.

Qur'ani-kərim bu haqda buyurur:

«(Onlar) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər.»[119]

6-Əməllərin hesablanması:

Qur'ani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də olsa, yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir.[120]

Rəvayətlərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat göndərmək, («Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd»)-sözünü demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır.

Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir. Qur'ani-kərimin ayələrindən istifadə olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir:

Birinci: Allah-təala;

İkinci: İslam ümmətinin peyğəmbəri;



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next