MƏAD



«Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mə'nasını daşıyır. Qur'ani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir» (son gün), «Yəvmul-həsrət» (Həsrət günü,) «Yəvmul-üsr» (çətin gün) və «Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir.

Qur'ani-kərimin buyurduğuna görə iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq.

Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır.

Şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qur'ani-kərimdə oxuyuruq:

«İsrafil şeypuru çalacaq və Allah istədiyi kəslərdən başqa göylərdə və yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur çalındıqda, insanlar ölümdən ayılaraq (məhşərə) baxacaqlar.»[117]

Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik:

«Bağışlayan va mehriban Allahın adı ilə. Ey insanlar! Rəbbinizdən (qorxub) pərhizkar olun ki, şübhəsiz Qiyamət gününün zəlzəlzsi çox böyuk bir Hadisədir. O gün bütün südverən analar qorxudan öz körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar.

O gün xalqı məst halda görəcəksən, halbuki onlar məst deyil və lakin Allahın əzabı şiddətlidir.»[118]

Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bənil-müstələq» döyüşündə Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu və onlar qorxudan ağlayaraq pərişan oldular.

hamılıqla o günün şərrindən Allaha pənah aparırıq.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next