XİLQƏTİN GÖVHƏRİ (3)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

İMAM MƏHDİ (Ə) BİR NƏZƏRDƏ

Şiələrin axırıncı imamı və Peyğəmbəri Əkrəmin (s) son canişini 255-ci hicri qəməri ili (868-ci miladi) şə`ban ayının 15, cümə günü sübh çağı İraqın Samirra şəhərində dünyaya gəlmişdir.

Onun atası şiələrin 11-ci imamı olan həzrəti İmam Həsən Əskəri (ə), anası isə layiqli və əməli saleh qadın olan Nərgiz xatundur ki, onun hansı millətə mənsub olması ilə əlaqədar müxtəlif rəvayətlər nəql olunmuşdur. Bir rəvayətə uyğun olaraq o, Roma imperatorunun oğul Yəşu`nun qızıdır ki, onun anası həzrəti İsa (ə)-ın vəsisi olan Şəm`unun nəslindəndir. Bu rəvayətə uyğun olaraq Nərgiz xatun qəribə bir yuxu görməklə islamı qəbul edir və İmam Həsən Əsgəri (ə)-ın hidayəti ilə özünü müsəlmanlarla müharibəyə hazırlaşan Rum ordusunun içərisinə salır. Bir qrupla yanaşı islam ordusuna əsir düşür. İmam Hadi (ə) bir nəfəri göndərir ki, onu alıb Samirraya gətirsin.[1]

Digər rəvayətlərdə nəql olunan [2] mühüm və diqqət yetiriləsi məsələ budur ki, həzrət Nərgiz xatun bir müddət İmam Hadi (ə) böyük şəxsiyyətli bacılarının biri olan Həkimə xatunun evində olmuş onların tə`lim-tərbiyəsi altında qərar tutmuş və Həkimə xatunun tərəfindən ehtirama layiq görülmüşdür.

Həzrət Nərgiz xatun uzun illər öncə Peyğəmbəri Əkrəmin (s) kəlamında[3], Əmirəl-mö`mininin (ə)-ın,[4] və İmam Sadiq (ə)-ın kəlamında[5] tə`rifə layiq görülmüş və «ən yaxşı bir kəniz» və «kənizlərin sərvəri» kimi qeyd edilmişdir.

Qeyd olunmalıdır ki, İmam Zaman (ə)-ın anası digər adlarla da o cümlədən: Susən, Reyhanə, Məleykə, Seyqəl də (Səqil) kimi adlarla tanınır..

İmamın adı, künyəsi və ləqəbləri

Künyə dedikdə «əb» və «ümm» kəlmələri ilə başlanan sözlər nəzərdə tutulur: Əbu Əbdillah, Ümmül-Bənin və sair. İmam Zaman (ə)-ın adı və künyəsi adı və künyəsi eynilə Peyğəmbərin adı və künyəsi kimidir. Bə`zi rəvayətlərdə də zühura qədər o həzrətin adını çəkmək qadağan olunmuşdur. O həzrətin məşhur ləqəbləri aşağıdakılardır:

Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Höccət, Xələfi Saleh, Mənsur, Sahibul-Əmr Sahibəz Zaman və Vəliyyi Əsir. Bunların ən məşhuru Məhdidir.

Bu ləqəblərdən hər biri o həzrət barəsində xüsusi bir peyğamı çatdırır. O İmama ona görə «Məhdi» deyilmişdir ki, özü Allah tərəfindən hidayət olunmuşdur və insanları da haqqa doğru də`vət edir. Ona görə «Qaim» deyilmişdir ki, haqq olaraq qiyam edəcəkdir. Ona görə «Müntəzər» deyilir ki, hər kəs onun gəlişini gözləyir. «Bəqiyyətullah» ləqəbi ona görə verilmişdir ki, Allah təalanın yer üzündə sonuncu höccəti və sonuncu ilahi zəxirə hesab olunur.

«Höccət» Allah təalanın məxluqata olan şahidi, «Xələfi saleh» Allah övliyaları üçün layiqli canişin, «mənsur» Allah tərəfindən kömək olunan, və «Sahibül-Əmr» ləqəbi də ilahi ədalət əsasında hökumət qurulmasını öhdəsinə aldığına görə verilmişdir. Sahibəz-Zaman və Vəliyyi Əsr də bu mə`nayadır ki, o, dövrünün yeganə rəhbəri və hakimidir.

İmamın təvəllüdü

Peyğəmbərdən çoxlu rəvayətlərdə nəql olunur ki, o həzrətin xanədanından olan Məhdi adlı bir nəfər qiyam edəcək, zülmün və  haqsızlığın kökünü yer üzündən kəsəcəkdir. Zalım Abbasi xəlifələri bu rəvayətlərdən agah olduqdan sonra elə təvəllüdünün əvvəllərində həzrəti Məhdi (ə)-ın qətlə yetirmək məqamına gəlmişdilər. Buna görə də İmam Cavad (ə)-ın həyatının əvvəllərindən e`tibarən mə`sum imamların həyatı daha kəskin məhdudiyyətlərlə yanaşı olmuş və bu məhdudiyyətlər imam Həsən Əsgəri (ə)-ın dövründə özünün ən yüksək həddinə çatmışdır. Belə ki, o həzrətin evinə ən adi gediş-gəlişlər belə, hökumət tərəfindən ciddi nəzarət altında saxlanılırdı. Aydındır ki, belə bir şəraitdə Allah təalanın sonuncu höccəti, İlahinin vədəsi verdiyi bir şəxsin təvəllüdü gizlin şəkildə və gözlərdən uzaqda baş verməli idi. Buna görə də hətta 11-ci imamın yaxın adamları, belə İmam Məhdi (ə)-ın təvvəlüdündən xəbərsiz idilər. Təvəllüdündən bir neçə saat öncəyə qədər Nərgiz xatunda hamiləlik əsər-əlamətləri görünməmişdir.



1 2 3 next