ŞƏFAƏT (4)



DƏLİL MÜDDƏANIN ÖZÜDÜR

İradı aradan qaldırmaq üçün verdiyi cavab budur:

 “Şəfaət qeyri peyğəmbərə də verilmişdir, ona görə də mələklərin və övliyaların şəfaət etmələri doğrudur. Amma görəsən onun mənası budur ki, Allah onlara şəfaət haqqı verib və mən də onlardan şəfaət istəməliyəm? Əgər belə bir əqidən olsa, onda salehlərə ibadət etmisən və buda şirkdir.Hansıki Allah öz kitabında onu bağışlanmayan zikr etmişdir. Əgər desən: yox, onda öz sözün batil olacaq ki, deyirdin:  Allah ona şəfaət haqqı vermişdir və mən ondan, Allahın ona verdiyi şeyi istəyirəm”.1

 Əgər diqqət etsəniz, arqumentin “Dəlil müddəanın özüdür” olmasını görərsiz: Ümumiyyətlə bəhs budur ki, Peyğəmbər(s) və övliyalardan həmçinin mələklərdən şəfaət istəmək şirkdir ya şirk deyil? O verdiyi cavabda, qətiyyətlə şirk saymışdir. O deyir: Sənin tərəf müqabilin deyərsə: bəli, biz şəfaət istəyirik. Ona de: Sən salehlərə pərəstiş etmisən, hansı ki, Allah onu şirk qərar vermişdir. Bizim bəhsimiz budur ki, şəfaət istəmək, ibadət və pərəstişdir ya yox? Onlar bunu dəlil kimi qeyd etmişdir ki, şəfaət istəmək ibadət olduğuna görə şirkdir. Halbuki şəfaət istəməyi əslən ibadət bilmirik. Deməli, onun dəlili, müddəanın özüdür.

 Biz deyirik: xeyir! Şirk deyil. Allah şəfaəti salehlərə bağışlayıb, necəki Peyğəmbər(s)-ə də bağışlamışdır. Deməli, həm peyğəmbərdən və həm də  salehlərdən şəfaət istəmək olar. Dediyi bu söz” Salehlərin pərəstişinə düçar olmusan” bu sözün əvvəlidir və biz qəbul etmirik, Çünki, dəlil müddəanın özü və müddəanı dəlil qərar verməkdir.

 Biz soruşuruq, Qur`anın harasındadır ki, əgər salehlərdən şəfaət istəsəniz, ona ibadət etmisiz? Hansı təfsirçi bunu demişdir ki, Qur`ana nisbət verirsiz və deyirsiz:

 “Allah öz kitabında, onu bağışlanmayan şirk, zikr edib”.

  Bəli, Allahdan qeyrisinə ibadət, Qur`anda şirk sayılmışdır. Amma şəfaət istəmək, qətiyyən ibadət deyil, əksinə hacət və duan istəməkdir. Yə`ni Ey Allahın Rəsulu! Dua edib Allahdan bizim günahlarmızı bağışlamasını istə, bu ibadətdirmi? İbadətin xüsusiyyətləri vardır və şəfaət istəməkdə o xüsusiyyətlər yoxdur.

 Əlbəttə, mümkündür desinlər, islamdan qabaq “lat” adında bütə pərəstiş olunmuşdur. Bəli “lat” Allahın saleh bəndələrindən birinin adıdır ki, camaat onun xatirəsinə bir heykəl düzəltdilər və yavaş – yavaş bütə çevrildi və adını “lat” qoydular və onu pərəstiş edirdilər. Əslində o bütə pərəstiş edirdilər, nəinki saleh bəndəni.

 Amma hər halda, şəfaət istəməyin, şəfaətçiyə ibadət olması, bu bəhsin əvvəlidir və heç cürə qəbul ediləsi deyil.

 



1 next