ŞƏFAƏT (3)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ƏFALI TÖVHID SUAL
Feldə tovhidi nəzərdə tutaraq, Peyğəmbər-Əkrəm (s) bu möcüzəni ya bu işi yerinə yetirdi desək, iradı yoxdurmu? CAVAB
Allahın vasitələrlə yerinə yetirdiyi işi; yə`ni qüdrətini başqalarına verməsi, bu işi həm Allaha və həm o vasitələrə nisbət vermək olar. Qur`anda da görürsünüz ki, Allah ölüləri diriltmək barəsində buyurur: “ هُوَ يُحْيِي وَيُمِيتُ”2 Çoxlu ayələrimiz var ki, yalnız o dirildir və öldürür. Amma eyni halda, Qur`ani-kərim həmin diriltməyi Həzrət İsaya (ə) – da nisbət verir. Həmçinin öldürməyi bə`zən özünə nisbət verir və buyurur: “اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا”3 Eyni halda başqa yerdə həmin öldürməyi mələklərə nisbət verir.1 Ya buyurur: “تَوَفَّتْهُ رُسُلُنَا”2 “Elçilər və Göndərilənlər, onu qəbz ruh edirlər”. Ya buyurur: “يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ”3 “Ölüm mələyi sizin canlarnızı alır”. Hər halda vasitələrə bu cür nisbət verməyin iradı yoxdur. Misal üçün, siz əlinizə qələm alıb bir şey yazırsınız. Bu yazını bə`zən özünüz yazırsız, bə`zən də sizdən yuxarı bir şəxs sizə əmr edib, ya rəis öz əlaltısına ya katibəsinə deyir bu məktubu yaz. Burada həm deyə bilərik rəis məktubu yazdı halbuki o yazmayıb, amma məktubun yazılmasına o səbəb olduğuna görə işi ona nisbət veririk. O səbəb failidir və həm işi yazan şəxsə nisbət verə bilərik və deyək bu şəxs məktubu yazıb və bə`zən də nisbəti qələmə veririk və deyirik: Bu qələm çox yaxşı yazır. Həmçinin ələ nisbət veririk. Bunların hamısına nisbət veririk qələm, əl, əmr edən şəxs və yazan, hamısının bir çürə dəxaləti var. Ona görə də işi onların hər birinə nisbət verə bilərik. Hər şeydə bu cürdür, işi həm əvvəlinci səbəbə, həm axırıncı səbəbə və həm ortada olan səbəblərə nisbət vermək olar. Məhəmməd bin Əbdül-Vəhhabın yanıltmaları
Məhəmməd ibn Əbdül-Vəhhab elə bil bu irada diqqət yetirib və“Kəşfuş – şübəhat” kitabında ona cavab verməyə çalışmışdır. Bu kitabda “şəfaəti Allahdan istəmək lazımdır” deyəndən sonra belə davam edir: “Əgər bir kəs sizə desə: Allah öz peyğəmbərinə şəfaət izni verib, mən də ondan, Allahın ona bağışladığı şeyi istəyirəm, bunun nə eybi var? Cavab budur ki, bəli Allah Peyğəmbər(s)-ə şəfaət qüdrəti verib, ancaq səni şəfaət istəməkdən nəhy edib, buyurub:
|