İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (7)



ŞER VƏ JİHAD MEYDANININ QƏHRƏMANI

 

Bütpərəstlərin ordusunun Muhəmməd (s)-ə qalib gəlməsi üçün bu orduda iştirak edərək bütpərəstlik bayrağını qaldırdığım günlərdə özümü gecənin qaranlığında yolunu azmış şəxs kimi hesab edirdim, amma bu gün özümü hidayət olunmuş hesab edirəm.

Mənim Allaha tərəf hidayət edən şəxsdən uzun illər üz çevirmişdim! (Bu sözlər Əbu Sufyan ibni Harisdəndir)

Əbu Süfyan ibni Haris

O “Bəni Haşim” tayfasından idi. Peyğəmbər (s)-in əmisi oğlu və süd qardaşı idi, çünki o da Muhəmməd (s) kimi Əbdül Müttəlibin nəvəsi idi və bir müddət Peyğəmbər (s)-in dayəsi olan Həlimeyi Sədiyyə-dən süd əmmişdi.

Əbu Süfyan həzrət Muhəmməd (s)-in yalnız əməsi oğlu deyildi, o islam peyğəmbərinin uşaqlıq dostu və o Həzrətlə birgə böyüyüb boya-başa çatan şəxslərdən biri idi. Əbu Süfyan Peyğəmbər (s)-in uca şəxsiyyəti, sədaqəti və nə qədər düz danışan olması ilə çox gözəl tanış idi. O bilirdi ki, əmisi oğlu həzrəti Muhəmməd (s) digər insanlardan fərqlənərək yüksək və fövqəladə bir şəxsiyyətə malikdir.

Bütün bunları nəzərə alaraq onun islam Peyğəmbəri(s)-ə iman gətirməsi və ondan itaət etməsi çox təbii görünürdü. Amma o iman gətirməməklə kifayətlənməyərək islam dininin ən qatı düşmənlərinin sırasına keçdi və bu düşmənçilik 20 il davam etdi. O bu 20 il ərzində Peyğəmbər (s) və müsəlmanlarla düşmənçilik yolunda heç bir ədavəti əsirgəmədi. Gözəl şer istedadı olduğuna görə, öz şerlərində müsəlmanları, bəzən də Peyğəmbərin özünü pisləyərək layiqsiz sözlər deyir və ələ salmağa çalışırdı.[1]

Müşrüklərin Peyğəmbər (s)-i və o Həzrətin tərəfdaralarını hər təbliğ vasitəsi ilə gözdən salmaq istədikləri bir şəraiti və eləcə də şeirin insanların düşüncəsində nə qədər təsirli olmasını nəzərə alsaq, onun bu satirik şerlərinin düşmən üçün nə qədər əhəmiyyətli olması aydın olur.

Amma görəsən bu düşmənçiliyin səbəbi nə idi? Hansı amil səbəb olmuşdu ki, o öz əmisi oğlunun, elə bir şəxsin ki, onun şəxsiyyətinin dərinliklərini hamıdan çox tanıyırdı, qəbul etməsin və onun əleyhinə çıxsın?

Tarix bu sualların qarşısında sükut edib, amma bəlkə də bu düşmənçiliyin səbəbi, islam dininin ilk günlərində müsəlmanların zəif və müşrüklərin qüdrətli olması idi. Çünki adətən onların böyük əksəriyyəti cəmiyyətdə hakim olan inanclardan təsirlənir və çox zaman kütlənin axınına tərəf yönəlirlər.

Bəlkdə Əbu Süfyanda islam düşmənlərinin təsiri altına düşərək güman edirdi ki, əgər islam dini haqq bir dindirsə bəs nəyə görə onun tərəfdarları az və zəif, düşmənləri isə güclüdürlər? Bəli cammatın çoxu bu məntiqə əsaslanırlar, onlar cəmiyyətdə baş verənləri səthi olaraq analiz edir və məsələnin əsasına və kökünə diqqət etmirlər.



1 2 next