Hicab (8)



AÇIQ-SAÇIQLIQ VƏ YARIMÇILPAQLIĞIN AMİLLƏRİ

Çoxları elə təsəvvür edir i, müasir dünyada qadının ictimai fəaliyyətlərdə açıq-saçıq olması bəşəri inkişafa və yeni sivilzasiyaya doğru aparır. Lakin bu səthi və sadəlövhlüklə birgə olan nəzərin puç olması qısa tədqiqatla aydınlaşır. İndi isə müasir mütərəqqi dünyada açıq-saçıqlığın zəmin və səbəblərinə işarə edirik:

1. Azadlıqdan başa düşülən yanlış məna:

Müsasir dünyada qadının ictimai fəaliyyətlərində açıq-saçıq və yarımçılpaqlığının ilkin zəmini və səbəbi azadlıqdan başa düşülən yanlış məna və təfsirdir. Dünya yanlış təfsirə əsasən, qadını açıq-saçıqlığa çəkmiş və ana çıq-saçıqlıq fenomenini yükləmişdir. Həmin yanlış təfsir budur ki, insan yalnız heyvani üönlər və maddi həyatda yekunlaşır. Odur ki, var qüvvəsi ilə çalışıb, istəkləri uğrunda bütün vasitələrdən maksimum istifadə etməlidir. Nəfsin istəklərinə mane olmamaq və bütün təmayüllərdən ləzzət almaq azadlıq adı ilə yanlış bir məfhum kimi yayıldı.

Azadlıqdan başa düşülən yanlış məna səbəb oldu ki, kişi və qadın münasibətlərinə hədd-hüdud təyin olunmadı, yanlış məfhumu bildirən azadlığı gerçəkləşdirmək üçün açıq-saçıqlıq və yarımçılpaq fenomeni qadına yükləndi. Həqiqətdə, bu yanlış mənaya əsasən, bu məna qadını azad etmək əvəzində onu kişinin ləzzətləri yolunda xidmətçiyə çevirdilər.

2. Qadının təhqir edilməsi:

Qərb dünyasında açıq-saçıqlığın amillərindən biri də qadının təhqirə məruz qalması və onun qərb cəmiyyətində məhrumiyyətinin artmasıdır. Əgər eşitsək ki, hətta qərb alimləri və filosofları bir müddət öncə qadının təhqir edilməsinə israr etmişlər, təəcüblü deyildir! Bəli, qadının təhqirə məruz qalması sərt bir əks-əməl kimi açıq-saçıqlıqla nəticələnmişdir.

Əflatun deyir: “Mən iki xüsusiyyətə malik olduğum üçün şükr edir və sevinirəm: birincisi, azad insanam, ikincisi isə kişiyəm.”

Məşhur alman filosofu Şupen Haver deyir: “Qadın uzun saçlara və kiçik ağıla malik bir heyvandır.”

Başqa bir məşhur alman filosofu Niçə isə deyir: “Qadın yalnız kişiyə rahatlıq verən və döyüşçüyə ləzzət bəxş edən bir varlıqdır.”



1 2 3 4 5 next