NÜBÜVVƏTİN SONU (4)



                                                                 ﴿وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا﴾

Bizim uğrumuzda çalışanları öz yollarımıza qovuşduracağıq.[3]

İslam məntiqi baxımından, mənəvi və irfani yaşayışın bir nümunəsilə tanış olmaq üçün, Nəhcül-bəlağə xütbələrinin bir parçasını qeyd etməyimiz kifayət edər. Nəhcül-bəlağənın 220-ci xütbəsində belə gəlmişdir:

" إنَّ اللهَ تَعالی جَعَلَ الذِّکرَ جَلاءً لِلقُلوبِ، تَسمَعُ بهِ بَعدَ الوَفرَةِ وَ تُبصِرُ بهِ بَعدَ العَشوَةِ و تَنقادُ بهِ بَعدَ المُعانَدَةِ وَ ما بَرَحَ للهِ عزَّت آلائُهُ في البُرهَةِ وَ في أَزمانِ الفَتَرَاتِ عِبادٌ ناجاهُم في فِکرِهِم وَ کَلَّمَتهُم في ذاتِ عُقولِهم."

 Allah öz zikrini ürəklərin cilalanması vasitəsi etmikdir. Ürəklər bu vasitəylə karlıqdan eşidən, korluqdan görən və inadkarlıqdan müti bir varlığa çevrilir. Daima Allah ayrı-ayrı dönəmlərdə və peyğəmbərin olmadığı bir dövrdə, qəlblərinin dərinliklərində onlara sirr açır və əqlləri vasitəsilə onlarla danışır.

İslam Peyğəmbərindən nəql olub ki:

                                                                    "إنَّ للهِ عِباداً ليسوا أنبياء يَغبِطُهُم النُّبُوَّةُ"

"Allahın elə bəndələri var ki, peyğəmbər deyillər, lakin peyğəmbərlik onlara qibtə edir."

Məsum imamların (s) imamət və vilayət məqamını onları nəbi bilmədən qəbul edən şiələrə görə məsələ tam şəkildə aydındır. İslam arifləri irfani terminlər çərçivəsində, mənəvi səfərləri (seyr və süluku) dörd mərhələyə bölmüşlər. Sözün uzanmasından çəkinərək yalnız ikisini qeyd etməklə kifayətlənirik:

A. Xalqdan haqqa doğru olan səfər;



back 1 2 3 4 5 next