XİLQƏTİN GÖVHƏRİ (2)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ƏXLAQI KAMALLARA VƏ SƏCIYYƏLƏRƏ MALIK OLMAQ
Cəmiyyətin rəhbəri olan bir imam gərək bütün pis və mənfur xislətlərdən, əxlaqi rəzilliklərdən uzaq olsun və bunun müqabilində bütün insani keyfiyyətlərə və əxlaqi kamallara özünün ən yüksək həddində malik olsun. Çünki o, kamil bir insan ünvanı ilə, öz ardıcılları üçün ən yaxşı bir nümunə örnək, hesab olunmalıdır. İmam Riza (ə) buyurur: «İmamın müəyyən əlamət və nişanələri vardır, o cümlədən o, insanlar arasında ən bilikli... ən təqvalı, ən səbirli, ən şücaətli, ən səxavətli, və ən abid (ən çox ibadət edən) şəxs olmalıdır.»[1] Bundan əlavə, o, Peyğəmbərin (s) canişinliyi məqamında insanların tə`lim tərbiyəsi ilə məşğul olmalıdır. Buna görə də, onun özü hamıdan artıq və camaatdan öncə ilahi əxlaqla zinətlənməlidir. İmam Əli (ə) buyurur: «(Allahın əmri ilə) özünü camaatın imamı qərar verən bir şəxs gərək başqalarına tə`limləndirməyə öncə özünə tə`lim verməsinə sə`y göstərməli, başqalarını sözlə tərbiyə etməzdən öncə, öz rəftar və əməli ilə tərbiyə etməlidir.»[2] İmam Allah tərəfindən tə`yin olunur
Şiələrin nəzərinə görə, peyğəmbərin canişini olan imam yalnız Allahın göstərişi və onun tərəfindən tə`yin olunma əsasında baş verir, və məhz bundan sonra Peyğəmbər imamı camaata tanıtdırır. Buna əsasən, heç bir fərd, yaxud qrupun bu işə dəxalət etməyə haqqı yoxdur. İmamın Allah tərəfindən tə`yin olunmasının zəruri bir məsələ olmasının müxtəlif dəlilləri vardır, o cümlədən aşağıdakıları qeyd edirik: a) Qur`anın buyurduğuna əsasən Allah təala bütün varlıqlara mütləq bir hakimdir və hamı yalnız Ona itaət etməlidir. Aydındır ki, bu hakimiyyət Allah tərəfindən ləyaqət və məsləhətinə uyğun olaraq hər bir şəxsə verilə bilər. Buna əsasən, Peyğəmbər Allah tərəfindən tə`yin olunduğu kimi, İmam da Allah tərəfindən tə`yin olunma yolu ilə camaata vilayət haqqına malik olur. b) Yuxarıda, imam üçün ismət, elm və sair kimi xüsusiyyətləri bəyan etdik. Aydındır ki, bu sifətlərə malik olan bir şəxsi özünün ən yüksək səviyyəsində tanımaq aşkar və gizlininə agah olan Allahın vasitəsi ilə mümkün ola bilər. Belə ki, Allah təala Qur`ani kərimdə həzrəti İbrahimə buyurur: «Mən səni, camaata imam qərar verdim.»[3] Hərtərəfli və gözəl bir bəyan
Bu bəhsin sonunda yaxşı olardı ki, 8-ci islam rəhbəri İmam Riza (ə)–ın imamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlamı qeyd edək: «Onlar (ki, imamət məsələsində ixtilaf edərək imamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər... Məgər camaat imamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?!
|