Az silahdaşlarla bütün dünyanı ram etmək mümkündürmü?



Sual:

Mümükündürsə izah edin: İnsan cəmiyyətinin günbəgün artımına rəğmən - bugün dəqiq siyahiyəalınmalara əsasən yer kürəsində üç milyarddan artıq insan yaşayır – həzrət Sahib əz- Zaman (ə) necə üç yüz on üç nəfər ilə dünyanı ram edəcəkdir?

Necə mümkündür ki, üç milyard nəfər az sayda bir insana təslim olsun və öz adət, əxlaq, ayin və ənənələrindən əl çəksinlər?

O Həzrətin qələbəsi möcüzə və qeyri- adi vasitələrlədir ya təbii səbəb və amilləri nəzərdə almaqla da o Həzrətin qələbə və zəfər çalması mümkündür?

Cavab:

Hədis və rəvayətlərə əsasən həzrət Sahibəl-Əmr (ə) üzə çıxanda birinci o Həzrətin xüsusi səhabələrindən üç yüz on üç nəfəri  müqəddəs Məkkə şəhərində özlərini onun xidmətinə yetişdirəcəklər, səhabə və toplaşanların sayı on min nəfərə çatanda Məkkədən xaric olacaqlar. [1]

O Həzrətin və ümümdünya islam hökumətinin qələbəsinə gəldikdə isə, həm mümkündür möcüzə və qeyri- adi vasitələrlə baş versin və həm mümkündür təbbi səbəb və amillərin hazır olması ilə həyata keçsin və həm də mümkündür bunların hər ikisi ilə olsun, necə ki, əziz peyğəmbərimiz (s) və  islam qüvvələrinin qələbə və irəliləməsi bu hər iki növ ilə idi.

Möcüzə və qeyri-adi vasitələrə gəldikdə, izaha ehtiyac yoxdur ki, o Həzrət üçün belə bir mütləq qələbənin baş verməsi, Allahın istəyi ilə, mümkün olan və ağla batan bir işdir və Qurani-kərim və mötəbər hədislərdə qəti və açıq şəkildə verilmiş vədə və müjdələr şübhəsiz baş verəcəkdir və Allah bu ayənin daşıyıcısı olaraq o Həzrəti, onun səhabələrini və özünün bütün bəyənilmiş bəndələrini bütün millətlərə qalib və hakim və yer üzünün varis və maliki edəcəkdir:                                                                      

 “Nə çox az saylı qrup ki, Allahın izni ilə çox saylı qrupa qalib gələr.”          Əgər təbii səbəblər və zahiri amillər baxımından da məsələni araşdırsaq, belə

bir fəth və qələbənin və o ilahi hökumətin yaranması mümkün və əməli olacaqdır, çünki o Həzrət zühur edəndə içtimai, əxlaqi və siyasi durum və vəziyyət, tamamən, münasib və qənaət bəxş olacaqdır.

O, zaman bütün millətlər mənəvi və əxlaqi mədəniyyətdən məhrum olacaq, düşmənçilik, kin-küdrət, zülm və təcavüz hammını bir-birinə qarşı bədbin və bir-birindən ayrı salacaq və birlik, vəhdət, həmkarlıq və əməkdaşlıq, tamamən insanların arasından götürüləcəkdir, qeybdən kömək və ilahi yardım  gəlməyincə kiminsə cəmiyyətə rəhbərlik edə biləcəyinə hammı məyus olacaqdır, sözün qısası, hammı bir-biri ilə mübarizə, müharilə və münaqişədə, hammı öz vəziyyətindən narazı və təbliğ olunan müxtəlif məktəb və cəryanlardan naümüd olacaq, rejimin dəyişməsini, inqilab və durumun əvəz olmasını, Allahı tanımayan məmurların kənara çəkilməsini, sərhədlərin götürülməsi, ərazi və siyasi bölünmə və tikələnmələrinin ləğv edilməsini gözləyəcəkdir.

Belə bir vaxtda həzrət Sahib əz- Zaman – aləmlərdəkilərin ruhları ona fəda olsun – və onun səhabələri iman qüvvəsü və gözəl əxlaqla və ən  güclü abadlaşdırma, iqtisadi və ictimai ədalət konsepsiyası ilə islahat, Quran və İslama dəvət etmək üçün meydana çıxacaq, o ilahi hərəkat və ruhani dəvəti başlayacaq, camaatı Allaha, Allahın hökümləri, bərabər yaşayış və qardaşlığa, ədalət və asayeşə, səfa və vəfadarlığa, doğruçuluq və düzgünlüyə, nəzm və intizama çağıracaqdır, özü və səhabələri bütün insanlıq fəzilətlərinin nümunəsi olacaq, iman qüvvəsi, əsl möminlərə məxsus olan möhkəmlik, davamiyyət və iradə ilə öz hədəf və məqsədlərini izləyəcəklər.



1 2 next