Hicab (7)



 

İRADLARIN ARAŞDIRILMASI

Hicab və onun fəlsəfəsini araşdırdıqdan sonra qadın geyimi ilə bağlı irəli sürülən bir sıra iradları araşdırırıq:

1. Hicab və azadlıq:

Deyirlər ki, hicab qadının azadlıq hüququnu əlindər alır və həqiqətdə, bu, onun insanlıq heysiyyətinə bir növ töhmətdir.

Cavab:

1. Öz yerində deyildiyi kimi, mühüm bir məsələ ilə daha mühüm bir məsələ ziddiyyət təşkil etdikdə, daha mühüm məsələ üstünlük verilir; qadın azadlıq hüququna malik olsa da, onun azadlığı ictimada azadlığın aradan getməsinə və fitnə-fəsadın yaranmasına, iş və fəal qüvvələrinin süstlüyünə, habelə öz zərərinə səbəb olarsa, mütləq onun azadlığı ictimanın azadlığına fəda edilməlidir.

2. Axı, kim deyib ki, qadını qanunsuz ictimaya buraxmaq ona azadlıq bəxş etmək və ehtiram deməkdir? Halbuki bu iş həqiqətdə ona zülm etmək və ümumiyyətlə, qadını məhv etməkdir. İctimai və fərdi qanunların mənfəəti fərdə və ictimaya aid olduğundan, onun əhatə dairəsini kiçiltməyi heç də azadlıq və ehtirama zidd hesab etmək olmaz.

3. İslam qadını evdə həbs etmir, əksinə deyir ki, qadın kişi ilə münasibət yaratdıqda, qadın heysiyyəti və kəramətinin qorunması, eləcə də ictimanı ümumi məsləhətinə görə, əql və İslamın qəbul etdiyi geyimdən istifadə etsin ki, ailə ocaqlarına və ictimai dəyərlərə zərər yetməsin.

4. Görəsən, hicabmı qadınların azadlığını alır, yoxsa, azadlıq onları məhdudlaşdırır və onlara maneçilik törədir? Bu yanlış təsəvvür azadlığın yanlış təsfirindən qaynaqlanır.



1 2 3 4 5 6 7 8 next