İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (6)



PEYĞƏMBƏR (S)-IN HƏDISLƏRI IKINCI DƏFƏ NECƏ YAZILARAQ CƏMLƏŞDI

Bəzi mühəddislərin hədis yazmasına qadağanı Peyğəmbər (s)-in özünə nisbət vermələri çox təəssüf doğurur, onların dediyinə görə o Həzrət buyurmuşdur: “ Dediyim sözlər arasında qurandan başqa heç bir söz yazılaraq saxlanmasın və hər kəs belə sözləri yazıbsa tezliklə onu yox etsin”[1]

Aşağıda bəyan edəcəyimiz əlamətlərə əsasən bu hədisin heç bir əsası yoxdur.

1- Əmirəl- möminin (ə) Peyğəmbər (s)-in ən fəzilətli şagirdi və o Həzrətin elm şəhərinin qapısı idi, islam Peyqəmbəri(s)-dən bir çox hədislər yazmışdır və onun yazdıqları bu hədislər əl bə əl özündən sonra imamlığa çatan övladlarına çatmışdır. Əgər islam Peyğəmbəri hədis yazmağı qadağan etsəydi Əli (ə) bir anda o Həzrətlə müxalifətçilik etməzdi.

2- Peyğəmbər (s)-in öz zamanında müxtəlif məktublar cür -bəcür mövzularda, o cümlədən şəri hökmlər, mühakimə üsulları, siyasət barədə yazılar yazılmış və mühəddislər və tarixçilər etibarlı sənədlərə əsasən bu məktubları qeydiyyata salmışlar. Bu məktubların çox az bir hissəsi islama dəvət və çağırış haqdadır, amma onların çoxusu şəri  hökmlərin və vacib olan əməllərin izahı barədə yazılmışdır. Belə olan halda necə inanmaq olar ki, bir tərəfdən Peyğəmbər (s) Qurandan başqa bütün dediklərinin yazılışını qadağan etsin, digər tərəfdən isə onun öz gözünün qarşısında üç yüz məktub ( bu məktubların iki yüz on altısı bizim əlimizdədir) yazılmışdır. Bu məktubların hamısı islam dininin sözünü və göstərişlərini əks etdirən müxtəlif mövzularda olduğu halda Həzrət onların yazılmasının qarşısını almasın?

Ümumiyyətlə vəhy və Peyğəmbər(s)ə aid olan mənbədən bizə çatan hədislər, forma baxımından Qurandan fərqlənsədə belə hədislərə əməl etməyin vacibliyi və mötəbər mənbə olması baxımından Quranla eyni səviyyədədir, belə olan halda bu hədislər niyədə yazılmamlıdırlar? Minlərlə şəriət hökmlərinin mənbəyi, Quranın və islamın bəşəriyyətə izah edən bu hədislərin uzun illər diqqətdən kənarda qalması nə dərəcədə məqsədə uyğun idi. Axırda bir qədər dinə yaxın ruhda olan əməvi xəlifələrindən biri,[2] dini namusları oyun-oyuncağa çevirən, zəmanə hökmdarlarının muzduru olan, özünü mühəddis kimi qələmə verən bir dəstə yalançı və hoqqabazın vasitəsilə müsəlmanların ən qiymətli mənəvi sərvətlərinin puç olması xətərini görüb məsuliyyət hissi keçirərək bu bədbəxtçiliklərə son qoydu.

Ömər ibni Əbdüləziz Şam şəhərindən öz məktubunda Mədinənin ən böyük alimlərindən biri Əbu Bəkr ibni Həzmə belə yzdı: “Peyğəmbər (s)-in hədislərini bir yerə yığın, onların hansı səhih hədisdirsə onu qeyd edin, mən alimlərin ölümü ilə onların əsərlərinindədə yox olmasından qorxuram”[3]

Əbuniəm İsfəhaninin  nəql etdiyinə görə, Ömər ibni Əbdül Əziz  bütün islam məntəqələrinə yazılı şəkildə xəbərdarlıq göndərərək bu sözləri elan etdi: “Peyğəmbər (s)-in hədisləri barədə diqqətli olun və onları yazaraq saxlayın”. Amma Peyğəmbər (s) hədislərini yazmamağa görə islam cəmiyyətinə dəymiş zərər heç zaman bir xəbərdarlıq məktubu ilə aradan qalxa bilməzdi.Əbdül Əziz bu addımından sonra çox yaşamadı və Hişam ibni Əbdül Məlik hakimiyyəti ələ aldı, onun hakimiyyətinin zamanında islam və müsəlmanların inkişafı üçün azacıq da olsa canayananlıq göstərilmədi. O hicrətin 125-ci ilində dünyasını dəyişdi, ondan sonra Şam və Hicaz mühəddislərinin başçısı Mühəmməd ibni Müslim ibni Şəhab Zəhri bu böyük məsuliyyəti öhdəsinə alaraq hədislərin yazılmasına başladı.

Şiə hədislərin yazlışında digər müsəlmanlardan irəlidə

Sünnü məzhəbində olanlar hədis yazılmasına qoyulan əfsanəvi qadağaya görə yüz və yaxud daha artıq illər ərzində Peyğəmbər (s)-in hədislərini yazmadılar, amma şiələr bu yolda fədakarlıq göstərdilər. Peyğəmbər (s)-in öz zamanında və o Həzrət dünyasını dəyişəndən sonra hədis yazmaqdan çəkinmədilər. Peyğəmbər (s)-in hədislərinin ilk yazıçısı olan Əli (ə)-dan sonra Əbu Rafe “Əssünən vəl əhkam vəl qəzaya” adlı kitabı yazdı, bu kitabda o islamın müxtəlif  hökmlərini izah etmiş, namaz, oruc, zəkat, həcc və digər şəriət qanunları barədə mövzulara toxunmuşdur. Əgər biz bu kitabı ən birinci yazılmış hədis kitabı hesab etsək, deməli bu kitab fiqh elmində ilk kitab hesab olunacaqdır.

Əbu Rafedən sonra da şiə yazıçıları hədislərin yazılmasında fəallıq göstərərək şiənin bu yolda irəli getməsini sübuta yetirdilər və öz rəhbərlərindən (yəni Peyğəmbər (s)-dən və məsum imamlardan) nəql olunan hədislərin təhrif olunmamasını təmin etdilər.

 



1 next