ŞƏFAƏT (2)



QEYRI-MÜMKÜN IŞI TƏLƏB ETMƏK ŞIRKDIR

Birinci yozum: Qeyri-mümkün işi tələb etmək şirkdir

Qeyri-mümkün işi bir şəxsdən istəməyin şirk olub-olmaması, Məhəmməd bin Əbdül Vəhhab və digərlərinin sözlərində izah verilmir. Hətta onların sözlərində bir cürə icmal və ixtilafın gözə çarpdığın demək olar. Amma onların sözlərinə daha çox diqqət edəndə, bir məsələ ilə qarşılaşırıq ki, bəlkə onunla, bu dəlili bir cürə yozub və izah etmək mümkün olsun. Onlar deyirlər: “Allahdan qeyrisinin gücü çatmadığı bir işi, Ondan qeyrisindən istəmək, şirkdir”.1

 O yerlərdən biri, “Əlhədiyətus-sünniyyə” kitabından bir ibarətdir. Bu kitab neçə məqalə toplusudur. Onların mötəbər kitablarındandır və ondan çox istifadə edirlər. Kitabın ikinci məqaləsində deyir:

 “Biz şəfaəti doğru bilirik .... bu formada ki, deyək: “İlahi! Bizim peyğəmbərimiz  Məhəmməd (s) – i qiyamət günündə bizə şəfaətçi qərar ver”. Ya deyək:

 “İlahi! Saleh bəndələrini ya mələklərini bizə şəfaətçi qərar ver”. Belə ki, Allahdan istəyək, nəinki onlardan. Belə demək olmaz: Ey Allahın Rəsulu! Ya ey Allah vəlisi! Mən səndən şəfaət  istəyirəm.Ya digər işlər, (xəstənin şəfası kimi) hansı ki Allahdan qeyrisinin ona qüdrəti yoxdur. Deməli, belə bir hacəti bərzəxdə olan bir kəsdən istəmək, şirkin qisimlərindən biridir”.2

 O bu ibarəti ki deyir: “deyilməməlidir” çalışır bir ümumi qayda düzəltsin ki, şəfaətə və hər bir başqa hacət istəməyə şamil olsun. Dəlili də budur ki, Allahdan başqa heç bir kəsin qüdrəti yoxdur və belə bir istəmələri şirk sayır.

 İkinci yer, həmin kitabın əvvəlinci məqaləsində belə gəlmişdir:

 “Hər bir müsəlmana qəsdini Allahına tərəf yönəltməsi, Allaha üz tutması, Allaha təvəkkül edib və onun bəndəlik haqqını yaxşıca yerinə yetirməsi vacibdir.Belə olduqda, Allah pərəst dünyadan gedərsə, Allah da Peyğəmbərlərini onun üçün şəfaətçi qərar verəcək. Bu vəzifəni tərk edib, onun əksini yerinə yetirən, Allahdan qeyrisinə üz tutub, ona təvəkkül edən, Allahdan qeyrisinə ümidli olan vəAllahdan qeyrisindən baş verə bilməyən işlərdə, Ondan  qeyrisinə pənah aparıb, şəfaət istəyib və ona təvəkkül edən şəxsin əksinə olaraq. Fərq etmir, Peyğəmbər(s)-dən istəsin ya qeyri peyğəmbərdən. Belə istəklər müşriklərin iş və əqidəsidir. Dünyada bütün fitnələr yalnız həmin e`tiqadlarla yarandı”.3

 Buna əsasən, bir şəxs peyğəmbər (s)-in ona şəfaət edəcəyinə ümidi olarsa, halbuki şəfaət Allahın əlindədir ya onun xəstəsinə şəfa verəcəyinə ümidi olarsa, bu müşriklərin əqidəsi olacaq. Onun dəlili də şəfaət və şəfanın  Allah əlində olmasıdır. Xəstənin şəfa tapması barəsində də Qur`ani- kərim İbrahim peyğəmbər (s)-in dilindən buyurur:

 



1 2 3 4 5 next