ŞƏFAƏT (1)



ŞIƏLIKDƏ ŞƏFAƏT

Ayətullah Tahiri Xorrəmabadi

Şiənin e`tiqadi inancları, Quranda qeyd olunan və mə`sum imamların sonradan təfsir və şərhləri ilə bəyan olunan islamın əsl üsullarıdır. Quran və hədisdən istifadə edərək, şiə alimlərinin əqli, rəvayi və təfsiri təlaşları, bu inanclara xüsusi bir nəzm və qayda bağışlayaraq, elm və mə`rifət xəzinəsi  yaratmışdır.

 Şübhəsiz, tövhid şiə inanclarının önündə durur və bu məktəbdə, dərin kök salmışdır. Belə ki, şiənin tövhid barəsindəki hədislər toplusuna nəzər salan hər bir kəs, onlardan çox önəmli dərslər öyrənir. Şiələrin birinci imamının “Nəhcül-bəlağə” dəki tövhidi xütbələri, hamını tə`cübə gətirmişdir. Mə`sum imamlardan bizə yetişən dua və minacatlar da, Kumeyl, Əbu Həmzə Somali duaları, Şə`baniyyə minacatları və s... tövhidin saf suyundan faydalanıb, bir olan Allaha bağlılığın doğru yoludur. Şiə məzhəbinin üsulunda tövhid, birinci əsldir və bütün şeylər tövhidlə əlaqələndirilir.

 Tövhid tə`limləri, hər bir şiəni, Allahdan qeyrisindən uzaq olmağa və şirkə bulanmaqdan çəkinməyə vadar edir. Amma çox təssüf ki, müsəlman firqələrinin içində, kök və əsli olmayan vəhhabilik şiənin tövhidinin xalis olmasında, şək və şübhə yaradıb, şəfaət, ziyarət, təvəssül və bu kimi əqidələri, şirk əməlləri tanıtdıraraq, əsassız iradlar bəyan etmişlər. Şiə alimləri, hətta sünnilərin bə`zi insaflı və  həqiqət axtaran alimləri bu töhmət və iradlara cavab verib, qiymətli əsərlər yazmışlar. Bu əsərlərdən biri, bu beş cildli kitabdır ki, onda Ayətullah Seyid Həsən Tahiri Xürrəm abadi, aşağıdakı beş mövzuda, şiənin inanclarını Quran və hədislərdən, həmçinin əhli-sünnənin qədimi və əsl mənbələrindən istifadə edərək, bəyan etmişdir:

1. Tövhid və ziyarət.

2. Quranın təhrif olmaması.

3. Dua və təvəssül.

4. Təbərrük və qəbirlər.

5. Şəfaət.

 Ümid edirik ki, bu kitab, şiə əqayidini tanıtdırmaq üçün irəliləyiş olub, elm və insaf əhlinə faydalı olsun.



1 2 next