NÜBÜVVƏTİN SONU (3)



İslamın əsas qaynaqlarından belə anlaşılır ki, bütün peyğəmbərlər, bütöv, son bir nübüvvətin və Allahın yeganə konstitusiyasının gəlişinin müqəddiməsi olduqlarına görə, son nübüvvət dövründə dinin kamil olma və tamamlanmasının müjdəsini öz ümmətlərinə vermişlər. Allah bütün peyğəmbərlərdən belə bir əhd almışdır. Nəhcül-bəlagənin ilk xütbəsində, bu barədə maraqlı bəyana rast gəlirik:

و لم يُخلِ سُبحانَهُ خَلقَهُ مِن نَبِيٍّ مُرسَلٍ أَو کِتابٍ مُنزَلٍ أَو حُجَّةٍ لازِمَةٍ أَو مَحَجَّةٍ قائِمَةٍ، رُسُلٌ لا تقَصِّرُ بِهِم قِلَّةُ عَدَدِهِم و لا کَثرَةُ المُکَذِّبينَ لَهُم، مِن سابِقٍ سمّي لَهُ مَن بَعدَهُ أو غابِرٍ عَرَّفَهُ مَن قَبلَه، عَلَی ذلِکَ نُسِلَت القُرُونُ و مَضَت الدُهُورُ و سَلَفَت الآباء وَ خََلَفَت الأبناءُ إِلی أَن بَعَثَ اللهُ مُحَمَّداً رَسُولَ اللهُ صَلَّی اللهُ عَليهِ و آلِهِ لِإِنجازِ عِدَتِهِ و تَمامِ ثُبُوتِهِ، مَأخُوذاً عَلَی النَّبِيّينَ مِيثاقُهُ، مَشهُورَةً سِماتُهُ، کَريماً ميلادُهُ.

"Allah-taala heç vaxt xalqı göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi; (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbligindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmiş və ya əvvəlki peyğəmbər onu tanıtdırmışdı. Beləliklə də əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün Allahın Rəsulu Muhəmmədi (Allahın salamı və ona və onun əhli-beytinə olsun) peyğəmbərliyə seçdi. Peyğəmbərlərdən əhd-peyman almışdı, onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş idi..."

Bu barədə İslam peyğəmbərindən iki incə cümlə nəql edilmişdir:

"Biz dünyaya bütün peyğəmbərlərdən və ümmətlərdən sonra gəlmişik, amma axirətdə bizlər ön cərgədə olacaq və digərləri isə bizim arxamızda duracaqlar".

Başqa bir bir hədis isə:

"Bütün peyğəmbərlər, qiyamətdə mənim bayrağım altında yerləşəcəklər" – deyə buyurur.

Qiyamətdə bu öncüllüyün və digər bütün peyğəmbərlərin o aləmdə bu peyğəmbərin bayrağı altına sığınmasının səbəbi budur ki, bütün onlar müqəddimədir, bu isə nəticə; onlar başlanğıc, bu isə sonuçdur; onların vəhyi müvəqqəti bir proqram çərçivəsində idisə, bu peyğəmbərin vəhyi əbədi, qlobal, ümumi bir konstitusiya səviyyəsindədir. İslam alimləri bu iki cümləyə diqqət yetirərək və İslam təlimlərinin: "o aləmdə təzahür edən hər bir şey, bu dünya həqiqətlərinin mələkuti görüntüləridir", - kimi digər bir prinsipindən ilham alaraq, bu barədə könül oxşayan sözlər söyləmişlər. İbn Fariz Misri bu iki hədisin məzmununa işarə edərək deyir:

وَ إنِّي وَ إِن کُنتُ ابنَ آدمَ صورَةً                  فَلِي فِيهِ مَعنیً شاهِدٌ بِأُبُوَّتِي

وَ کُلُّهُم عَن سَبقِ مَعنايَ دائرٌ                      بِدائرَتِي أَو وارِدٌ مِن شَريعتِي



back 1 2 3 4 5 6 next