Hicab (6)



HİCABLA İFFƏTİN RABİTƏSİ

Bəziləri hicabla iffət arasındakı rabitə və nisbəti rədd etməklə hicabı qeyri-zəruri bir iş bilmişlər. Çünki onların nəzərincə, hicabsız iffəti əldə etmək mümkündür. İndi isə bu iki həqiqətin arasındakı əlaqə və səbəbi araşdırmaqla onların bir-birilə möhkəm ilgili olduğunu sübut etmək istəyirik.

İFFƏTİN MƏFHUMU

Cəm forması “ifaf” olan iffət sözü halal və gözəl olmayan şeylərdən çəkinmək mə`nasındadır.

Rağib İsfahani yazır: “İffət qazanılan nəfsi halətə deyilir ki, insan onunla özünü ehtirasın qələbəsindən qoruyub-saxlaya bilər.”[1]

“Çəkindirən” və “qoruyub-saxlayan” mə`nasını daşıyan “iffət” ehtiras, nəfsani istək və təhrikin ziddinədir və bir neçə xüsusiyyətə malikdir:

 

1. İnsani xisləti göstərir;

2. Daxili və batini haləti göstərir;

3. İnsanın şəxsiyyətini bildirən xarici təzhürlərə malikdir;



1 2 3 4 5 6 7 8 next