İmam Zamanın kütləvi qırğın silahlarına qalib gəlməsinin mümkünliyi



Sual:

İmam Zaman (ə) zühur edən zaman, bəşəriyyətin elm və texnikada bu günki inkişafından göründüyü kimi, dünya çox qorxulu və təhlükəli silahlarla təchiz olacaqdır.

O Həzrət bu qorxunc silahların qarşısındsa necə öz cəddi kimi qılıncla qiyam edəcəkdir ? Qılınc və başqa qədim silahlarla necə o günki dünyanın orduları ilə cihad edəcəkdir ? Təsvvür etmək mümkündürmü ki, kimsə qılıncla hidrogen bombaları və onun kimi silahlarla savaş və müharibə etsin.?

Cavab:

Birinci: Qılınc ilə qiyam etməkdə məqsəd cihad etmək vəzifəsini daşımaq və haqq kəlməsini ucaltmaq üçün silaha əl atmasıdır.

Deməli, qılınc ilə qiyam etmək o Həzrətin silah ilə qiyam etməsinə, döyüşə, cihada və vəzifəsinin növünün təyinatına işarədir və bunu çatdırır ki, o Həzrətə kafirlərlə sülh əmri verilməmişdir.

Məlumdur ki, hər hansı silahla lazım olsa, o Həzrət və əshabı o silahla kafirlər və zalimlərlə cihad edəcək və o Həzrətin zühur etdiyi zaman hər hansı silah dəbdə olarsa və onu işlətməyə ehtiyacları olarsa, istifadə edəcəklər.

İkinci: Kim bilir ki, o Həzrətin zühuru zamanında bu qorxulu silahlar bəşəriyyətin ixtiyarında qalacaqdır ? Zira, mümkündür ki, o Həzrətin zühurundan qabaq baş verən bir çox hadisələr, ixtişaşlar, şiddətli dəyişikliklər və amansız dünya müharibələrinin nəticəsində dünya əhalisinin üçdə ikisi məhv  olsun, bu cəhənnəm silahları yox olsun və bəlkədə bu silahlardan istifadə etməyə adam qalmayacaq ya onları hazırlamağı bacaran bir kəs olmayacaqdır və bu ehtimal da tamamilə tutarlı  və diqqətə layiqdir.

Hədislərdə xəbər verilmiş hadisələrdən və bugünki vəziyyətin də onun baş verməsinə şərait yaratdığı məsələlərdən biri dünyani işqal etmək üstündə olan müharibələrdir ki, onların nəticəsində yer üzünün bir çox yerləri sakinsiz qalacaq, şəhərlər viran olcaq və yüz milyonlarla insanlar məhv ediləcəkdir.

Bir əsr bundan qabağa kimi belə müharibələrin baş verməsi çox inanılmaz görsənirdi,  çünki o keçmiş silahlarla, şəhər və ölkələr arasında komunikasiya vasitələrinin mövcud olmaması ilə, əgər bir müharibə baş verirdisə, əvvələn, xəbəri qonusu ya uzaq ölkələrə çatmamışdan və geniş miqyas almamışdan qabaq, o müharibə sona çatırdı, ikinci, o dövrlərdə qalib ilə məğlubu təyin etmək, müharibənin sona çatması, iki tərəfdən birinin tam qələbəsi  ya hər iki tərəfin sıradan çıxması kütləvi qırğınlar törətmək, bombalar və başqa bunun kimi vasitələrdən istifadə etməyə bağlı deyildi.

Lakin, indiki əsrdə, hammının pıroqnozlaşdırdığı kimi, bütün dünyanı bir şəhər və məhəlləyə çevirən komunikasiya vasitələrinin mövcudluğu ilə və imansız dövlət başçılarının – onların qəzəb, şəhvət və vəzifəpərəsliyinə nəzarət etmək üçün heç bir vəsilə yoxdur – əlindəki silah və hərbi təchizatlarla, əgər müharibə başlasa nəinki qalib məğlubdan seçilməyəcək və hər iki tərəf sıradan çıxacaqdır, ola bilər ki, millətlərin və yer kürəsinin əhalisinin əksəriyyəti bir neçə saatın içində məhv və nabud olsunlar.

Beləliklə, əgər hədislərdə belə buyurulubsa: Məhdi (ə) camaatın üçdə biri öldürülməyincə və üçdə biri ölməyincə və təkcə onların üçdə biri qalmayınca üzə çıxmayacaqdır, və buyurulursa: camaatın üçdə ikisi aradan gedməyincə bu zühur baş verməyəcəkdir, heç təəccüb etmək lazım deyildir, əksinə, onu həzrət Rəsulullahın (s) və pak imamların (ə) sonsuz elminin, onların gələcəkdən agahlığının və Allahın izni və təlimi ilə qeyibdən xəbərdar olduqlarının nişanəsi bilmək və onların möcüzə və kəramətlərindən hesab etmək lazımdır.



1 next