İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (5)



PEYĞƏMBƏR (S)-IN ƏLI (Ə)-IN ƏLEYHINƏ OLAN ŞƏXSLƏRIN BARƏDƏ NEÇƏ ILLƏR ƏVVƏL BUYURDUĞU SÖZLƏR

Əbu Rafelə  islam Peyğəmbər (s) dünyasını dəyişməzdən əvvəl Əmirəl-möminin Əli (ə)-ı səmimi qəlbdən sevənlərdən biri idi. O Əli (ə)-ın əzəmətli məqamına saf və möhkəm əqidə ilə yanaşırdı. Bütün bunlar aydın sübutlardan və Peyğəmbərimiz (s)-in aşkarcasına buyurduğu sözlərdən qaynaqlanırdı. Çünki o Həzrət hər bir fürsət və münasib vaxtda Əli (ə)-ın üstünlüklərini və başqa şəxslərdən fərqli olmasını müsəlmanların yadına salır və ondan itaət etməyin lazımlığını tövsiyə edirdi. Bəzən Peyğəmbər (s) gələcəkdə baş verəcək hadisələri əvvəcəldən bəyan etməklə müsəlmanları Əli (ə)-ın əleyhinə olmaqdan çəkindirirdi. Aşağıda gətirəcəyimiz əhvalat buna bir misaldır. Əbu Rafe özü bu səhnənin şahidi olmuşdur.

Əbu Rafe deyir:

Mən Peyğəmbər (s)-in evinə daxil oldum, o Həzrətin otağın bir tərəfində  yatdığını gördüm, otağın digər tərəfində isə bir həşəratı müşahidə etdim. Öz- özümdə fikirləşdim ki, əgər bu həşəratı öldürsəm səs-küyə Peyğəmbər (s) yuxudan oyanar, bu səbəbdən qərara gəldim ki, o həzrətin yaxınlığında əyləşim  və onu həşəratdan qoruyum. Çox çəkmədən islam Peyğəmbəri (s) yuxudan oyandı və bu ayəni təlavət etdi:

“Sizin hamınız ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namz qılır və rukuda olduqları halda zəkat verirlər[1]” Sonra buyurdu: Əli (ə)-ın arzusunu yerinə yetirək Allaha həmd olsun,Allah tərəfindən əta olunmuş bu fəzilət və üstünlük Əli (ə)-a mübarək olsun.

Sonra üzünü mənə çevirərək soruşdu: Burada niyə əyləşmisən?

Mən orada oturmağın səbəbini dedim, Həzrət buyurdu: Ey Əbu Rafe bir qrup yolunu azmış insan Əli (ə) haqlı ola-ola onunla müharibə edən zman sən kimə tərəfdar olacaqsan, o vaxt yolunu azmışların əleyhinə cihada qalxmaq hamıya vacibdir və cihad etməyə qüvvəsi olmayanlar isə heç olmasa qəlblərində o Allah düşmənlərinə nifrət bəsləsinlər.

Mən bu sözləri eşidəndə çox narahat oldum və Peyğəmbər (s)-dən xahiş etdim ki, o zaman Əmirəl-möminin Əli (ə)-ın tərəfdarı olmağım barədə dua etsin, o həzrət dua etdi, sonra biz ikimiz də evdən çıxdıq Peyğəmbər (s) məni camaata göstərərək buyurdu: “Ey camaat! Hər kəs canıma və ailəmə əmin olan şəxsi tanımaq istəyirsə Əbu Rafeə baxsın, o hər baxımdan mənim üçün əmindir.”[2]

***

Peyğəmbər (s)-in vəfatından sonra, Əli (ə) hakimiyyətdən və xilafətdən kənarda qaldı, amma iyirmi beş il ərzində üç xəlifənin dövründə baş verənlər, müsəlmanların əsas çətinliklərinin səbəbini bilmək üçün kifayət idi və bu illərdə baş verənlər camaatın Əli (ə)-a tərəf yönəltdi.

Osmanın ölümündən sonra müsəlmanlar təkidlə Əli (ə)-dan onların rəhbərliyini öhdəsinə almağı və cəmiyyətə ədalət və insan hüquqlarını icra etməyi xahiş etdilər. Amma cəmiyyətin çox hissəsinin bu istəkdə olmasına baxmayaraq Əli (ə)-ın xəlifəliyi bir qrup insanların qəzəbinə səbəb oldu. Peyğəmbər (s)-dən Əli (ə)-ın fəzilətlərini eşidən digər bir dəstə isə öz qərəzli məqsədlərinə görə həqiqətləri deməkdən çəkindilər.



1 2 3 4 5 next