İMAMƏT (4)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 PEYĞƏMBƏRİMİZİN ƏHLİ-BEYTİ Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar. Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-kərimin Əhzab surəsində oxuyuruq: «Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin.» Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şi'ə hədis kitablarında mülahizə etmək olar: 1-«Musnədi İbni Əhməd», 1/708 və s.. 2-«Xəsaisul-İmam Əmirul-mö'minin», 23/70 3-«Tarixu Dəməşq», 1/184, 249 4-«Şəvahidut-tənzil», 2/50, 670 5-«Təfsirut-Təbəri», 12/7
|