Məhdəviyyət inancı haqqında qırx hədis (3)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

MƏHDƏVIYYƏT INANCI HAQQINDA QIRX HƏDIS (3)

11- اخرج الروياني في مسنده و ابو نعيم عن حذيفه، قال: قال رسول الله صلي الله عليه و آله و   سلم:

"المهدي رجل من ولدي، لونه لون عربي، و جسمه اسرئيلي، علي خده الايمن خال کانه کوکب دري، يملا الارض عدلا کما ملئت جورا و ظلما، يرضي في خلافته اهل الارض و اهل السماء و الطير في الجو. "

  Ruyani özünün “Məsnəd” kitabında və Əbu Nəim Hüzeyfədən nəql ediblər ki, dedi: Allahın Rəsulu(s) buyurdu:

“Məhdi mənim övladlarımdan bir kişidir, üzünün rəngi ərəblərin rəngi kimi və əndamı israillilərin əndamı kimidir,1 sağ yanağında bir xal vardır ki, ulduz kimi parıldayır. Yer üzünü ədalətlə dolduracaqdır, necə ki, zülm və haqsızlıqla dolmuşdu, onun xilafət və rəhbərliyi dövründə yerdəkilər, göydəkilər və göyun quşları razı olacaqlar.”2

12-  اخرج ابو نعيم عن الحسين عليه السلام ان النبي صلي الله عليه و آله و سلم   قال لفاطمه:

يا بنيه: المهدي من ولدک." "

Əbu Nəim Hüseyndən(ə) rəvayət etmişdir ki, həqiqətən, peyğəmbər(s) Fatimeyi Zəhraya(ə) buyurdu:

“Ey mənim qızcığazım, Məhdi sənin övladlarındandır.” 3

13- اخرج ابن عساکر عن الحسين عليه السلام، ان النبي صلي الله عليه و آله و سلم قال:       

"ابشري يا فاطمه! المهدي منک."



1 2 3 4 5 next