Elmin həqiqəti (11)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ALTINCI FƏSIL: PIS ALIMLƏR
Əməlsiz alimlərə xəbərdarlıq
Peyğəmbəri- əkrəm (s): Ey ibn Məsud! Əgər bir kəs elm öyrənə amma ona əməl etməyə, Allah qiyamət günü onu məhşərə kor gətirər.[1] İmam Əli (ə): Ölüm zamanı ən çox peşiman olam şəxs, əməlsiz alimlərdir.[2] İmam Əli (ə): Hər kəs öz elminə pünhanda əməl etməyə, (elm onu) aşkarda rüsva edər.[3] İsa (ə): Bildiklərinə əməl etməyincə, bilmədiklərini öyrənmək sənə heç bir fayda verməz. Şübhəsiz elmin təvzökarlığı (alimdə) aşkar olmazsa (o elm) onun təkəbbürünə əlavə edər.[4] Əməlsiz alimlərin çoxluğu
İmam Əli (ə): Elm çoxdur, əməl az.[5] İmam Əli (ə): Elmi olub ona əməl etməyən (alimlər) çoxdur.[6] Əməlsiz alimlərin misalı
Peyğəmbəri- əkrəm (s): Əməlsiz alim, özünü yandırıb, xalqa işıq verən çırağa bənzəyər.[7] Peyğəmbəri- əkrəm (s): Əməl olunmayan elm, xərclənməyən xəzinə kimidir; Sahibi onu yığmaq üçün zəhmət çəkir, lakin ondan bəhrə apara bilmir.[8] İmam Əli (ə) Əməlsiz alim kamansız oxatana bənzər.[9]
|