Imamət sisteminin davam etməsi



Sual:

İmamət quruluşu və sistemi qeybəti- suğranın sona çatması və qeybəti- kubranın başlaması ( hicri-qəmərinin 329-cu ili) ilə sona çatdımı? Həzrət Məhdinin (ə) zühurundan sonra bu sistem yenidən bərpa olunaçaqdır ya imamət quruluşu öz ardını davam etdirəcəkdir?

Cavab:

İmamət rejimi ilahi, ardıcıl və qırılmaz bir rejimdir və arasında fasilə salacaq bir dövr yoxdur, hər zaman və hər əsr mövcuddur; həzrət Rəsulunun (s) əsrindən tutmuş indiyə kimi təşkil və bərpa olunmuş və indidə vardır; dünya durduqca həmişə olacaqdır; necə ki, Əmir əl-möminin (ə) buyurdu:

لا تخلو الارض من قائم لله بحجة ؛ إما ظاهراً مشهوراً، واما خائفاً مغموراً، لئلا تبطل حجج الله وبيناته  1

“Yer üzü Allah üçün qiyam edən höccətdən boş olmayacaqdır (və bu höccət) ya görünən və məşhurdur ya çəkinən və gizli, onun üçün belə olmalıdır ki, Allahın höccətləri və onun nişanələri batil olmaya və aradan getməyələr.”

Hammıya vacibdir ki, İmamət sistemini tanısın və ona iman bəsləsin, hər zaman və hər yerdə camaat, yalnız gərək, bu qurluşa itaət etsinlər; hər kəs harada və dünyanın hər hansı nöqtəsində yaşayır yaşasın,  hər hansı bir ixtisası və işi olur olsun – hərbiçi olsun ya məmur, tacir olsun ya sənətkar, alim olsun ya tələbə -- gərək bu rejimə müti, bu qurluşa və onun proqramlarına tabe olsun, fərqi yoxdur bu quruluş vəziyyəti tamamən əlinə alsın ya almasın, qəsbkar hökumətlər yerlərdə müdaxilə etsinlər ya etməsinlər.

Bu hökümətdir, dindir, siyasətdir, rejim və quruluşdur; deməli, əgər bir nəfər müsəlman qeyri-qanuni hökumətlərin siyasi iqtidarı və idarəçiliyi əlinə aldığı Çinin ya Avropanın ya Amerikanın ya hər hansı bir ölkənin ən ücqar nöqtəsində də yaşasa, ilahi imamət quruluşuna mütı olmalıdır ki, beləliklə ilahi hökumət quruluşunda olsun.O vəzifə və iş proqramını imamət quruluşu yolu ilə təyin etməlidir. Lap əgər, kafirlərin rəsmi hökuməti altında olan ərazilərdə də yaşasa, onların müəssisə, nazirlik və idarələrinin işcisi olsada belə yenə imamət qurluşuna tabe olmalıdır və o qurluşdan göstəriş olmalı və ona itaət etməlidir.

Bu rejimin əhatə dairəsindən və rəsmi nüfuz çəçivəsindən uzaqlarda yaşamaq, hər hansı bir şəxsi, ona itaət etməmək və tabe olmamaqda üzürlü etmir.

Əbuzər, Səlman, Muqdad, Əmmar Yasir və belə şəxsiyyətlər qəsbkar rejimin hakimiyyəti dövründə imamət qurluşuna tabe idilər; Əli ibn Yəqtin və Məhəmməd ibn İsmail ibn Bərii kimilər zahirdə Harunun dövləti və Bəni Abbasın hökuməti üçün işləyirdilər, eyni halda, imamət quruluşuna itaət edirdilər.



1 2 3 4 5 6 next