ƏL-ƏRAF SURƏSI ‏




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

ƏL-ƏRAF SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

2. (Bu Qur’an) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.

3. Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.

4. Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.

5. Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.

6. Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» deyə) soruşacağıq.

7. Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.

8. Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!

9. Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 next